Serj Sarkisyan: "Xankəndi hava limanı mütləq işə düşəcək"

Ermənistan prezidenti seçicilərlə görüşündə İrəvan-Xankəndi reysinin ilk sərnişinlərindən biri olmağa hazır olduğunu bildirib

Ermənistanda prezidentliyə növbəti dəfə namizədliyini irəli sürən Serj Sarkisyan İrəvan-Xankəndi reysinin ilk sərnişinlərindən biri olmağa hazırdır. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, o bu haqda seçicilərilə görüşündə danışıb.
Sarkisyan deyib ki, Xankəndi hava limanı mütləq istifadəyə veriləcək: "Bu haqda heç şübhə də ola bilməz. Hava limanı istifadəyə veriləcək. İndi ancaq texniki məsələlər qalıb, tezliklə onlar da həll olunacaq".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00