Ağ evin rəsmi saytında Dağlıq Qarabağla bağlı petisiyaya səsvermə keçirilir
Hazırda səs verənlərin sayı 72 mindən bir qədər çoxdur
13 Fevral 2013 17:04 Siyasət
Ağ Evin internet səhifəsində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınmasına dair yerləşdirilmiş petisiya davam edir. Dağlıq Qarabağ faciəsi ilə bağlı petisiyanın son tarixi 22 fevraldır. ABŞ administrasiyasının diqqətini bu münaqişəyə və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalının tanınmasına yönəltmək üçün imzaların sayını 100 minə çatdırmaq lazımdır. Hazırda səslərin sayı cəmi 72 mindən bir az çoxdur.
Xocalı soyqırımının cinayət kimi tanınması üçün səsvermə kampaniyası dünən uğurla yekunlaşdı. Petisiyaya səsverənlərin sayı 100 mini ötüb keçdi. Odur ki, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınmasına petisiyanın da 100 min səs toplamasında sizləri fəal olmağa çağırırıq.
Səs vermək üçün bu linkə daxil olmalısınız:Petisiyaya imza atmaq üçün bu linkdən istifadə etmək mümkündür:
Dağlıq Qarabağ münaqişəsilə bağlı səsvermə
Bütün proses Xocalı soyqırımının cinayət kimi tanınması üçün səsvermə kampaniyasında olduğu qaydada həyata keçirilir.