"Prezidentin Türkmənistana səfəri yeni layihələrin inkişafına təkan verir”

“Türkmənistan Azərbaycan üçün olduqca vacib bir ölkədir. Türk xalqları arasında bizə ən yaxını məhz türkmənlərdir. Türkmənlərlə azərbaycanlılar eyni kökdən formalaşan millətlərdir. Buna görə də düşünürəm ki, bu münasibətlər qat-qat sıx və yüksək səviyyədə olmalıdır. Cənab Prezidentin Türkmənistana səfəri bu istiqamətdə çox vacib bir addım olacaq. Bundan sonra da iki dövlət arasında bu istiqamətdə müsbətə doğru böyük dəyişikliklərin şahidi olacağıq”. Bunu politoloq Ehtiram Aşırlı deyib.

"Türkmənistan Azərbaycan üçün olduqca vacib bir ölkədir. Türk xalqları arasında bizə ən yaxını məhz türkmənlərdir. Türkmənlərlə azərbaycanlılar eyni kökdən formalaşan millətlərdir. Buna görə də düşünürəm ki, bu münasibətlər qat-qat sıx və yüksək səviyyədə olmalıdır. Cənab Prezidentin Türkmənistana səfəri bu istiqamətdə çox vacib bir addım olacaq. Bundan sonra da iki dövlət arasında bu istiqamətdə müsbətə doğru böyük dəyişikliklərin şahidi olacağıq". Bunu politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov nəqliyyat, ətraflı tədqiq və bütün müvafiq məsələlərin vaxtında həlli məsələlərinin müzakirəsi üçün Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının yaradılması yönündə lazımi addımların atılmasına dair göstəriş verib: "Berdiməhəmmədov Türkmənistan, Əfqanıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçən və geniş geoiqtisadi məkanda səmərəli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edəcək "Lazurit" beynəlxalq nəqliyyat-tranzit dəhlizinin vacibliyini vurğularıb. Prezident, həmçinin, qeyd edib ki, Türkmənistan TRASEKA proqramının fəal tərəfdaşı və iştirakçısı qismində çıxış etməyə hazırdır.

Məlumat üçün qeyd edək ki, sözügedən layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutub. 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabadda Əfqanıstanın iqtisadi inkişafına həsr olunan VII Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Konfransı çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən "Lazurit" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş imzalayıb. Bu dəhliz vasitəsilə Əfqanıstandan yüklərin Cənubi Qafqazdan keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Nəqliyyat dəhlizi öz adını qədim dövrlərdə Mərkəzi Asiyanın başlıca ixrac məhsullarından olan lazurit qiymətli daşının rənginə (göy rəngə çalır) uyğun götürüb. Hazırda bu layihə Cənubi və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək "Yeni İpək Yolu"nun davamı kimi qiymətləndirilir.

Nəzərə alsaq ki, Azərbaycan regionda bütün nəqliyyat-tranzit layihələrini dəstəkləyir və bu layihələrin həyata keçirilməsində açar rolunu oynayır, bu baxımdan sözügedən layihənin əhəmiyyətini, Azərbaycanın tranzit ölkə olaraq rolunu ortaya qoyur. Bu baxımdan cənab Prezidentin Türkmənistana reallaşdırdığı rəsmi səfər iki ölkə arasındakı əlaqələrin və yeni layihələrin inkişafına təkan verir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31