"Toqquşmaların qarşısını almaq mümkün olmayacaq”
23 Noyabr 2018 11:46 Siyasət"Azərbaycanla Ermənistan arasında münaqişə olduğuna görə iki xalq arasında barışıq mümkün deyil". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu bəzən özünü xarici ölkələrdə də göstərir: "Üçüncü ölkələrdə yaşayan iki xalqın nümayəndələri arasında bəzən toqquşmalar olur. Toqquşmaların böyük əksəriyyətinin səbəbi erməni tərəfinin təxribatlarıdır. Çünki onlar olduqları yerdə və iştirak etdiləri toplantılarda Azərbaycan torpaqlarını işğal edən separatçıların "bayrağını" qaldırır, separatçıların nümayəndələrinə söz haqqı tanımağa çalışırlar. Azərbaycanlılar haqlı olaraq bunun qarşısını almaq istədikdə toqquşmalar baş verir. Bu halların baş verməməsi üçün həmin ölkələrin hüquq-mühafizə orqanları qanunsuz qurumun simvolikalarının yayılmasına və nümayəndələrinin beynəlxalq konfranslarda iştirakı yol verməməlidirlər, əks halda toqquşmaların qarşısını almaq mümkün olmayacaq".
sia