Britaniya Lordlar Palatasının üzvü Xocalıda aeroportun açılmasına dair istənilən təklifi təxribat hesab edir
13 Fevral 2013 16:55 Siyasət"Xocalıda aeroportun açılmasına dair istənilən təklif hazırkı sülh danışıqlarına, şübhəsiz ki, mənfi təsir göstərə biləcək təxribat hərəkəti hesab olunur".
Avropa-Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Leyard Ermənistanın Xocalı aeroportunun yenidən açılması haqqında planlarına dair suala cavab verərkən deyib.
O qeyd edib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı heç vaxt oradakı reyslər qrafikinə rəsmi şəkildə icazə verə bilməz və Xocalıdakı aeroport təmas xəttinə çox yaxın olduğu üçün bu aeroportdan istifadə edən istənilən sərnişin üçün açıq-aşkar təhlükə mənbəyidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00