Ukraynadakı səfirliyimizdə işləyən qızlar kimdir? -Adları heç bir yerdə yoxdur, amma...

PİA.az saytı Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və səfirlikdə çalışan bəzi əməkdaşlarla bağlı ilginc məlumatlar yayıb. Xeyli müddətdir ki, ölkə mətbuatında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev barədə qalmaqallı materiallar yayılmaqdadır Son bir neçə ayda A.Xudiyevin adı ancaq neqativ məsələlərdə hallanır. Tam əminliklə demək olar ki, təcrübədə belə hallara heç vaxt rast gəlinməyib. Yəni hansısa bir səfir heç vaxt bu qədər "gündəmdə" olmayıb. Heç bir səfir haqqında bu qədər mənfi fikirlər söylənilməyib və heç bir səfir diplomatik missiya daşıdığı ölkədə yaşayan soydaşları ilə "müharibə vəziyyəti"ndə olmayıb. Hansı səfir fəaliyyətə başladığı ilk günlərdəcə "Restoranda dava" xəbərləri ilə diqqəti cəlb edib? Hansı səfir öz soydaşları barədə xarici ölkənin hüquq-mühafizə orqanlarına şikayət məktubları yazıb? Hansı səfir öz soydaşı barədə həmin ölkənin prokurorluq orqanlarında cinayət işinin açılmasına çalışıb? Hansı səfir dövləti və xalqı üçün çalışan hansısa azərbaycanlını illərdir yaşadığı, çalışdığı ölkədən, məhz şəxsi müstəvidəki konflikdə görə deportasiya etdirmək üçün əlindəki resurslardan istifadə edib? Biz beləsini tanımırıq və yəqin ki, A.Xudiyev Azərbayacanın diplomatiya tarixində öz soydaşları ilə YOLA GETMƏYƏN, onlarla QARŞIDURMA vəziyyətində olan yeganə səfir nümunəsi olaraq qalacaq! Harada görsənib ki, bir səfir Azərbaycan dövlətinə məxsus binada illər öncə aparılmış təmirin yoxlanılması, üzə çıxan hansısa qüsurların səbəbini araşdırmaq üçün xarici ölkənin hüquq-mühafizə orqanlarına müraciət etsin? Bir azərbaycanlının başqa bir azərbaycanlı barədə erməniyə şikayət etməsini təsəvvür edərdinizmi? A.Xudiyev bunu da edib! Bu məsələlər barədə çox danışılıdığından, mətbuatda geniş məlumatlar verildiyindən təkrarçılığa yol vermək istəmirik. Hə halda Azərbaycan ictimaiyyəti A.Xudiyevin keçmiş səfir Tələt Əliyevin səfirlik binasında apardığı təmiri təftiş etməyə qalxdığını yaxşı bilir. Soydaşlarımız barədə Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova şikayət məktublarının göndərilməsi kimi faktlardan da çoxlarının məlumatı var.

Bununla yanaşı, artıq hamı bilir ki, Ukraynadakı keçmiş səfirlərimizin ciddi cəhdlə qarşısını aldığı bir tikinti layihəsinə məhz A.Xudiyev razılıq verdiyindən, indi səfirliyimizlə "çiyin-çiyinə" göydələn ucalır. Hansı ki, oradan səfirliyin nəinki bütün ərazisini, hətta daxilini də açıq və aydın şəkildə müçahidə etmək mümkündür. Əvvəlki səfirlərin məhz təhlükəsizlik nöqteyi nəzərindən tikintisinə icazə vermədiyi binanın A.Xudiyev gələn kimi ərsəyə gətirilməsi, ortaya xeyli suallar çıxarır və yəqin ki, qarşıdakı günlərdə bu xüsusda diqqətçəkən araşdırmalara rast gələcəyik. Burada bir məqamı da qeyd etmək istərdik. Səfir A.Xudiyev bir-birini təkzib edən ardıcıl açıqlamaları ilə də diqqət cəlb edir. Bu günə qədər barəsində yazılanlar barədə əvvəlcə "Qətiyyən belə bir şey yoxdur" kimi reraksiyalar verən A.Xudiyev, sonrakı günlərdə, "Məsələ bir qədər başqa cürdür" formalı uyğunsuz açıqlamalar verib. "Porsche Cayenne" markalı DP 041002 (diplomatik) dövlət qeydiyyat nişanlı bahalı avtomobillə bağlı qalmaqalı heç kəs unutmayıb. Səfir əvvəlcə avtomobili idarə edən şəxsi tanımadığını demişdi. Ertəsi gün isə mətbuata çıxıb sürücünü səfirliyin tədbirlərində yaxından iştirak edən iş adamı kimi təqdim etdi...

Yuxarıda da qeyd etdiyimiz kimi, Ukraynadakı sıfirliyimiz barədə xoşagəlməz xəbərlərin ardı-arası kəsilmir. Bu dəfə elə səfirliyə yaxın mənblərdən olduqca diqqətçəkən məlumatlar əldə etmişik. Həmin məlumatlara keçməzdən əvvəl başqa bir məqama diqqət yönəltmək istərdik. Azərbaycanın demək olar ki, bütün səfirliklərinin rəsmi internet saytı var, o cümlədən də Ukraynadakı səfirliyimizin. Bu sayta gözucu nəzər yetirmək kifayətdir ki, səfirliyin fəaliyyəti (əslində fəaliyyətsizliyi) barədə aydın təsəvvürlər yaransın. Sayt iki dildədir - Azərbaycan və Ukrayna dillərində. Təsəvvür edin, saytın Azərbaycan versiyasına sonuncu xəbər ötən ay qoyulub. Təxminən bir aydır ki, saytda hər hansı yenilənmə aparılmır. Ukrayna vətəndaşları üçün nəzərdə tutulan versiyasından isə ümumiyyətlə danışmağa dəyməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31