Fransa Azərbaycanla dostluq və əməkdaşlıq münsibətlərinə xələl gətirəcək addımlardan çəkinilməlidir
22 Noyabr 2018 18:13 SiyasətAMİP Siyasi Şurasının növbəti genişləndirilmiş tərkibdə iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, iclasda cari məsələlər, eləcə də Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi neqativ münasibət müzakirə olunub.
Fransanın Dağlıq Qarabağla bağlı tutduğu mövqeyə toxunan Siyasi Şura hesab edir ki, sepatarçı rejimlə istənilən diplomatik və sair əlaqə beynəlxalq hüquq normalarının açıq-aşkar pozulmasıdır. Fransa, eləcə də ATƏT-in Minsq Qrupunun həmsədrləri olan ABŞ və Rusiya münaqişə ilə bağlı daha həssas davranmalı, neytrallıqlarını qorumalı, separatçilara dəstək vetməməli, hamılıqla qəbul olunmuş beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməlidirlər. Separatçı rejimin "rəsmi şəxslərinin" xüsusilə də B.Saakyanın Fransaya davamlı səfərləri dayandırılmalı, Azərbaycanla dostluq və əməkdaşlıq münsibətlərinə xələl gətirəcək addımlardan çəkinilməli, belə hərəkətlərə bir daha yol verilməməlidir.
İclasda, həmçinin, cari ilin sonunadək AMİP Mərkəzi Şurasının növbəti iclasının keçirilməsinin vacibliyi barədə qərar qəbul olunub.