“Türkmənlərlə azərbaycanlılar eyni kökdən formalaşan millətlərdir"

"Son zamanlar Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır". Bunu millət vəkili Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Türkmənistan Azərbaycana çox yaxın bir dövlətdir: "Türkmənistan Azərbaycan üçün olduqca vacib bir ölkədir. Türk xalqları arasında bizə ən yaxını məhz türkmənlərdir. Türkmənlərlə azərbaycanlılar eyni kökdən formalaşan millətlərdir. Buna görə də düşünürəm ki, bu münasibətlər qat-qat sıx və yüksək səviyyədə olmalıdır. Ancaq təəssüflər olsun ki, bizim istədiyimiz səviyyədə o münasibətlər qurulmayıb. Azərbaycanın Qazaxıstan, Türkiyə ilə münasibətləri qat-qat yüksəkdədir. Vəziyyəti müsbətə doğru dəyişmək lazımdır. Hesab edirəm ki, cənab Prezidentin Türkmənistana səfəri bu istiqamətdə çox vacib bir addım olacaq. İnanırıq ki, bundan sonra da iki dövlət arasında bu istiqamətdə müsbətə doğru böyük dəyişikliklərin şahidi olacağıq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkmənistana rəsmi səfərə gəlib. Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31