“Paşinyanın çılğına dönməsi anlaşılandır” AÇIQLAMA
"Paşinyanın çılğına dönməsi anlaşılandır". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
22 Noyabr 2018 17:45 Siyasət"Paşinyanın çılğına dönməsi anlaşılandır". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, çünki adam küçədən birbaşa hakimiyyətin zirvəsinə yüksəldikdən sonra düşünürdü ki, ölkəsinin problemlərini qısa müddətdə həll edəcək: "Amma uğursuzluqlar ard-arda gəlincə özünü təmizə çıxarmaq üçün yeni üsullar icad etməyə məcbur qaldı. O baxımdan KTMT baş katibi postunun itirilməsi bu adamı təbii olaraq özündən çıxarmalı idi. Ən azından ona görə ki, öz xalqına hesabat verməsi mümkünsüzdür. Ona görə də, Paşinyan KTMT üzvü olan Belarusun və Qazaxıstanın üzərinə hücuma keçməklə diqqəti öz uğursuzluğundan yayındırmağa çalışır. Əsasən də Belarusun Azərbaycanla yaxın dostluğu, Prezident İlham Əliyevin bu günlərdə o ölkəyə səfəri və olduqca səmimi qarşılanması Paşinyana əlavə zərbədir. Belə bir durumda adamın özündən çıxması, ifadələrini belə qarışdırması anlaşılandır. İndi Paşinyan küçəni deyil, hökuməti idarə etməlidir. Amma onun bu iş üçün təcrübəsi və bacarığı yoxdur. Necə ki, Belarus tərəfi ona xatırlatmalı olmuşdu ki, küçədə kütlələri idarə etməklə hakimiyyəti idarə etmək fərqli məsələlərdir".
sia