“Avropanın erməni tərəfkeşliyi xristian təəssübkeşliyindən qaynaqlanıb”

"Təəssüf ki, bəzi Avropa rəsmilərinin Qarabağ probleminin həlli ilə bağlı danışıqlara münasibəti heç də həmişə birmənalı olmayıb". Bunu  politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Avropa Komissiyasının rəsmiləri dəfələrlə Azərbaycanın Avropanın enerji təminatında böyük rol oynadığını məmnuniyyət hissi ilə qeyd ediblər: "Azərbaycanla ikitərəfli, qarşılıqlı mənfəət prinsipi ilə əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Amma təəssüf ki, bəzi Avropa rəsmilərinin Qarabağ probleminin həlli ilə bağlı danışıqlara münasibəti heç də həmişə birmənalı olmayıb. Bir sıra hallarda bu, erməni diasporunun Avropa məkanında apardığı lobbiçilik fəaliyyəti ilə bağlı olub. Bu, bəzi hallarda Avropanın xristian təəssübkeşliyindən qaynaqlanıb. Hərçənd ki, məhz Azərbaycana münasibətdə sərgilənən belə münasibət təəssüf doğurmaya bilməz. Çünki, Azərbaycan Avropada etimadı doğuran, eyni zamanda tolerant ənənələrə malik olan dövlət kimi tanınır. Azərbaycanın Avropaya inteqrasiya prosesi də Avropa rəsmilərinin diqqət mərkəzindədir".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31