Asəf Hacıyev: “Münaqişələr, qaçqın və məcburi köçkün problemləri əməkdaşlıq üçün başlıca problemə çevrilib”

“Bölgə üçün olduqca böyük layihələrin həyata keçirilməsinə baxmayaraq, inkişaf və tərəqqi üçün mane olan təhlükəli məsələlər var”.

"Bölgə üçün olduqca böyük layihələrin həyata keçirilməsinə baxmayaraq, inkişaf və tərəqqi üçün mane olan təhlükəli məsələlər var". "Olaylar" xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asəf Hacıyev  Türkiyənin İzmir şəhərində keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclasında deyib. Bildirib ki, münaqişələr, qaçqın və məcburi köçkün problemləri əməkdaşlıq üçün başlıca problemə çevrilib: "Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var, Türkiyə üç milyon qaçqına sığınacaq verib, hökumətlər onların gündəlik xərcini qarşılayır. Dünya ictimaiyyəti bunları görmürmü?". Müasir dünyanın sürətlə dəyişdiyini və yeniləndiyini qeyd edən Asəf Hacıyev bildirib ki, kənar təsirlərə davam gətirməyin yolu yüksək elm və təhsildən keçir. Bu mənada elm və təhsil sahəsində əlaqələrin genişlənməsi birgə əməkdaşlığın əsasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31