Dastanbek Cumabekov: “Parlament diplomatiyasının gücləndirilməsinə ehtiyac var”
22 Noyabr 2018 14:30 Siyasət"Türkdilli dövlətlər arasında əlaqələrin inkişafının qorunması üçün parlament diplomatiyasının gücləndirilməsinə böyük ehtiyac var". "Olaylar" xəbər verir ki, bunu Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclasında Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov qeyd edib: "Türkdilli dövlətlər arasında əməkdaşlıq TÜRKPA-ya üzv bütün ölkələrin maraq və mənafelərini təmin edib. Türkdilli dövlətlər arasında əlaqələrin inkişafının qorunması üçün parlament diplomatiyasının gücləndirilməsinə böyük ehtiyac var. Bu diplomatiya türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31