Qazaxıstan parlamentinin sədri: “TÜRKPA” türkdilli dövlətlər arasında əməkdaşlığın genişlənməsinə əhəmiyyətli təsir göstərir”
“Ötən dövrdə TÜRKPA böyük inkişaf yolu keçib”. “Olaylar” xəbər verir ki, bunu Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Türkiyənin İzmir şəhərində
22 Noyabr 2018 14:23 Siyasət"Ötən dövrdə TÜRKPA böyük inkişaf yolu keçib". "Olaylar" xəbər verir ki, bunu Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclasında deyib. Parlament sədri əlavə edib ki, əməkdaşlıq əlaqələrinin genişlənməsi, həyata keçirilən hər bir layihə növbəti layihələrin əsasını qoyur: "Bu mənada TÜRKPA və onun bütün strukturlarının fəaliyyəti türkdilli dövlətlər arasında əməkdaşlığın genişlənməsi, daha böyük faydalar əldə olunmasına əhəmiyyətli təsir göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31