Macarıstan parlamentinin sədri: “Türkdilli dövlətlərlə əməkdaşlıq olduqca vacibdir”
22 Noyabr 2018 14:15 Siyasət"Türkdilli dövlətlərlə əməkdaşlıq olduqca vacibdir". "Olaylar" xəbər verir ki, bunu Macarıstan parlamentinin sədri Laszlo Köver Türkiyənin İzmir şəhərində keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclasında deyib. O, bildirib ki, ölkəsi xarici siyasətində türkdilli xalqlarla dostluq və əməkdaşlığa xüsusi diqqət yetirir: "Macarların türkdilli xalqların ənənələrinə önəm verməsi təkcə mədəni və tarixi yaxınlıqla deyil, həmçinin mənəvi, geosiyasi və iqtisadi maraqlarla bağlıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31