Parlament nümayəndə heyətinin İzmirə səfəri başa çatıb

Xəbər verildiyi kimi, noyabrın 21-də Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib. MM-dən “Olaylar”a bilrilib ki, tədbirdə türk dünyasının birliyi və əməkdaşlığının faydalarından danışan TBMM-in sədri Binəli Yıldırım qeyd edib ki, uzun illər bir-birindən aralı düşən türkdilli xalqların həyatında baş verən fərqlilik xalqlarımızın zənginliyinə çevrilib. TÜRKPA-nın iclasında digər dəyərli qonaqlarla bərabər, Macarıstan və Özbəkistan parlamentlərinin nümayəndə heyətlərinin də iştirakı Assambleyanın gələcəkdə daha uğurlu fəaliyyətinə olan inamı artırır.

Xəbər verildiyi kimi, noyabrın 21-də Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib. MM-dən "Olaylar"a bilrilib ki, tədbirdə türk dünyasının birliyi və əməkdaşlığının faydalarından danışan TBMM-in sədri Binəli Yıldırım qeyd edib ki, uzun illər bir-birindən aralı düşən türkdilli xalqların həyatında baş verən fərqlilik xalqlarımızın zənginliyinə çevrilib. TÜRKPA-nın iclasında digər dəyərli qonaqlarla bərabər, Macarıstan və Özbəkistan parlamentlərinin nümayəndə heyətlərinin də iştirakı Assambleyanın gələcəkdə daha uğurlu fəaliyyətinə olan inamı artırır.

Çıxışında türkdilli dövlətlərin siyasi fəallığının dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərdiyini diqqətə çatdıran Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, tarixin ən qüdrətli dövlətlərinə həyat vermiş, eyni zamanda, Şərq və Qərb mədəniyyətləri və sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlayıblar. Sədr deyib: "Müasir dünya ölkələrinin, o cümlədən türkdilli dövlətlərin hər birinin özünəməxsus parlament diplomatiyası tarixi var. Azərbaycanda ilk parlament XX əsrin əvvəllərində yaradılıb. Bu parlamentin fəaliyyəti müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi təməlini qurmaqla yanaşı, ölkəmizdə parlamentarizm ənənələrinin inkişafında son dərəcə mühüm rol oynayıb. O dövrdə "parlament diplomatiyası" termini olmasa da, Azərbaycan dövlətinin xarici siyasətində parlament diplomatiyası vasitələrindən geniş istifadə edilirdi. Təkcə bir faktı qeyd edim ki, 1919-1920-ci illərdə Paris Sülh Konfransında Azərbaycanı təmsil edən nümayəndə heyətinə parlamentin sədri Əlimərdan bəy Topçubaşov başçılıq edirdi".

Azərbaycanda həyata keçirilən siyasətin ölkəmizi müasir dünyanın dinamik inkişaf edən dövlətlərinin sırasına qoşduğunu vurğulayan Oqtay Əsədov qeyd edib ki, Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri istifadəyə verilib. Azərbaycanın və Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi vasitəsilə dünya bazarlarına nəql edilir. Avropanın enerji xəritəsi yenidən formalaşdırılır. Dünya tarixində ilk transkontinental ticarət-kommunikasiya marşrutu olan Böyük İpək Yolu bərpa edilir. Ötən il İpək Yolunun fəaliyyəti üçün böyük önəmi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Araşdırmalar göstərir ki, bu layihə Çindən Avropaya tranzit müddətini 30-35 gündən iki həftəyə qədər azalda bilər. Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı məsələlərin müzakirəsində nümayəndə heyətimizi dəstəkləyən bütün ölkələrin, xüsusən türkdilli dövlətlərin təmsilçilərinə bir daha təşəkkürünü bildirən Milli Məclisin sədri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün səylərimizdə daim bizimlə birlikdə olan qardaş Türkiyəyə minnətdarlıq ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31