Səməd Seyidov AŞ PA-nın tədbirinə qatılıb

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün Finlandiyanın paytaxtı Helsinki şəhərinə səfər edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA)  nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün Finlandiyanın paytaxtı Helsinki şəhərinə səfər edib. MM-dən "Olaylar"a verilən məlumata görə, Büronun iclasında Gürcüstanda prezident seçkilərinin müşahidəsinin nəticələri, Moldovada və Ermənistanda keçiriləcək parlament seçkiləri, Assambleyaya daxil olma və davranış qaydaları barədə və s. məsələlərə baxılacaq. Daimi komitənin yığıncağında "Bərabərlik və qeyri-diskriminasiya"  mövzusunda fikir mübadiləsi aparılacaq, Avropa Şurası Nazirlər Komitəsinin, qurumun Sosial işlər, sağlamlıq və davamlı inkişaf, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin fəaliyyəti müzakirə olunacaq. Səfər noyabrın 24-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31