"Türkmənistanla əlaqələrin inkişafı bizim üçün vacibdir"
“Azərbaycan ilə Türkmənistan qonşu dövlətlərdir. Uzun illər iki ölkə arasında münasibətlərdə müəyyən soyuqluq olsa da, artıq ölkələr arasında əlaqələr yüksək məcrada inkişaf etməkdədir”. Bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
22 Noyabr 2018 12:49 Siyasət"Azərbaycan ilə Türkmənistan qonşu dövlətlərdir. Uzun illər iki ölkə arasında münasibətlərdə müəyyən soyuqluq olsa da, artıq ölkələr arasında əlaqələr yüksək məcrada inkişaf etməkdədir". Bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
O bildirib ki, vaxtilə Türkmənistan Xəzərin hüquqi statusu ilə bağlı bəzi məsələlərdə razılığa gəlməsə də, artıq bu problemlər həllini tapdığı üçün Konvensiya imzalanıb: "Bildiyiniz kimi Xəzərin statusu ilə bağlı sazişin imzalanması 22 ilə başa gəldi. Bu sazişin imzalanmasında Azərbaycan Prezidentinin siyasi iradəsinin mühüm rol oynadığını təkcə biz demirik, bu MDB məkanında etiraf edilir. Prezident İlham Əliyevin Rusiya və Qazaxıstan dövlət başçıları arasında olan sıx dostluq münsaibətləri bu sazişin bağlanmasına böyük töhfə verdi".
Xəzər dənizinin dibində 6 trilyon dollarlıq neft və qaz yataqlarının olduğunu deyən deputat söyləyib ki, ölkəmizin sazişə daxil olan ölkələrlə münasibətlərin yüksək səviyyədə qurulması çox vacibdir: "Türmənistan da bu ölkələr sırasına daxil olduğundan Azərbaycanın gələcəkdə boru kəmərləri ilə bağlı layihələrinin reallaşmasında bu ölkə ilə münasibətlərin inkişafı vacib məsələlərdən biridir. Bu layihələrin reallaşması üçün təbii ki, sözügedən ölkə ilə danışıqlar aparılaraq onların razılığı əsasənda həyata keçiriləcək".
R.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin Türkmənistana səfərin mühüm əhəmiyyət kəsb edir: "Səfər çərçivəsində gələcək layihələrlə bağlı danışıqlar aparılması, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi həm Azərbaycan, daha çox isə Türkmənistan üçün önəmlidir".
Deputat vurğulayıb ki, ölkəmiz mühüm məsələlərdən biri Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya çatdırılmasıdır.
Azərbaycanın dünyada yalnız Ermənistanla dostluq əlaqələrinə malik olmadığını deyən R.Quliyev Azərbaycan bütün ölkələrlə əməkdaşlığının genişləndirilməsi və əlaqələrin güclənməsinə böyük önəm verir: "Türkmənistanla Azərbqaycanı birləşdirən bir sıra məqamlar var. Bu ölkə ilə bizi humanitar, mədəni sahələr birləşdirir".
Deputat əlavə edib ki, Türkmənistanın iqtisadiyyatının Azərbaycanla müqayisədə inkişaf baxımından geridə olduğunu da nəzərə alsaq, o zaman iki ölkə arasında iqtisadi əlaqələr və ümumiyyətlə, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsindən Türkmənistan faydalana bilər: "Ümumyyətlə, ölkələr arasında yüksək əməkdaşlığın qurulmasında maraqların üst-üstə düşməsi çox önəmlidir".
sia