Hindistan Azərbaycana yeni səfir təyin edib
21 Noyabr 2018 16:11 SiyasətHindistan Azərbaycana yeni səfir təyin edib.
Bu barədə Hindistanın Azərbaycandakı hazırkı səfiri Sancay Rana məlumat verib.
Yeni səfir Şri B.Vanlalvavna (Shri B. Vanlalvawna) olacaq. O, buna qədər Hindistanın Sidneydəki baş konsulu vəzifəsini tutub.
Qeyd edək ki, Hindistanın ölkəmizdəki indiki səfiri Sancay Rana 2015-ci ildən diplomatik missiyaya rəhbərlik edir və ilin sonuna qədər missiyasını tamamlayacaq.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31