“Lukaşenko Azərbaycana görə istənilən addımı ata bilər” – Belaruslu ekspert
20 Noyabr 2018 16:02 Siyasət"Belarus başçısı Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyev arasında olan etimad səviyyəsi çox yüksəkdir".
Bunu Belarusdan olan iqtisadçı Lev Marqolin deyib.
Ekspertin sözlərinə görə, Lukaşenkonun Azərbaycana böyük simpatiyası var və bu ölkə üçün ata bilməyəcəyi addım yoxdur:
"Belarus Azərbaycan üçün bütün sirləri açır. Azərbaycan Belarus üçün o qədər maraqlı bir ölkədir ki, Ermənistanla münasibətləri təhlükə qarşısında qoymağa hazırdır".
L.Marqolin qeyd edib ki, Azərbaycan və Belarus arasında iqtisadi münasibətlər yüksək səviyyədə inkişaf edib: "Bu əlaqələr və qarşılıqlı maraqlar olduqca güclüdür. Buna görə də, Ermənistanla münasibətləri təhlükə qarşısında qoymağa hazırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31