Dağlıq Qarabağ bütöv Azərbaycan məsələsidir

Rəşad Quliyev: "Bir sıra ikiüzlü ölkələr qondarma "DQR" rəhbəri Bako Saakyana viza verir, ona bir sıra ölkələrdə ictimai-siyasi dairələrlə görüşlər keçirməsinə şərait yaradırlar"

Bir sıra ölkələr, təşkilatlar, hətta Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu və onun həmsədr dövlətləri tərəfindən Azərbaycana qarşı sərgilənən ədalətsiz münasibət, işğal altında olan ərazilərimizdə yaradılan separatçı rejimə dəstək Azərbaycan cəmiyyətinin hər bir üzvü tərəfindən etirazla qarşılanır, kəskin şəkildə pislənilir. Ancaq təəssüf doğuran məqam ondan ibarətdir ki, Azərbaycana qarşı nümayiş etdirilən ədalətsizlik, beynəlxalq hüquq prinsiplərin pozulmasına olan etirazlaraməhəl qoyulmur. əksinə separatçılığın dəstəklənməsi meyilləri daha da artır. Əgər belə olmasaydı işğal altında olan Dağlıq Qarabağda yaradılmış separatçı rejimin rəhbərliyinin Fransaya səfərinə olan etirazlara diqqət edilər, Bako Saakyanın Fransadan sonar Birəşmiş Ştatlara səfər etməsinə maneə yaradılardı.

Baxmayaraq ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da həm ayrı-ayrı dövlətlər, həm də elə ATƏT-in Minsk qrupu və onun həmsədri olan ölkələrə qarşı öz etiraz səslərini qaldırır və separatizmə dəstək verən ölkələri ədalətli olmağa çağrır, ancaq təəsüüf hissi ilə qeyd etməliyik ki, nəticə dəyişmir.

Azərbaycanın işğal edimiş ərazilərində yaradılan separatçı rejim rəhbərliyinin Minsk qrupunun həmsədr ölkələrinə səfərləri, eləcə də Dağlıq Qarabağa edilən qeyri-qanuni səfərlərə kəskin etirazını bildirən diaspor təşkilatlarından biri də Dünya Azərbaycanlıları Assambleyasıdır. Xatırladaq ki, adıçəkilən qurum həm qondarma rejim nümayəndələrinin Rusiyaya, həm Fransaya səfərlərinə. eləcə də Fransanın iri şəhərlərinin bələdiyyə rəhbərlərinin Dağlıq Qarabağa səfər etməsinə kəskin şəkildə etirazını bildirib və ötən dövr ərzində bir neçə bəyanatla çıxış edib. Dünya Azərbaycanlıları Assableyasının prezidenti Rəşad Quliyev deyib ki, məlum məsələ ilə bağlı ayrı-ayrı ölkələrin müvafiq qurumlarına ünvanlanan etiraz bəyanatlarına, məktublara reaksiya verilsə də, lakin onların fəaliyyətlərində dəyişiklik, beynəlxalq hüquq prinsiplərə əməl etmək kimi  vacib elementlər özünü göstərməyib. Rəşad Quliyev deyib ki, günümüzdə də dünyanın dörd bir yanına səpələnmiş xalqımız müxtəlif təşkilatlar halında öz ölkəsini pozitiv yöndən tanıtmağa çalışır, müxtəlif layihələr həyata keçirirlər: "Bu əlbəttə ki , alqışlanacaq haldır. Hər keçən gün, itirilən saat ölkəmizin əleyhinə işləməkdədir. Bir sıra ikiüzlü ölkələr qondarma "DQR" rəhbəri Bako Saakyana viza verir, ona bir sıra ölkələrdə ictimai-siyasi dairələrlə görüşlər keçirməsinə şərait yaradırlar. Bunun yanında isə Gürcüstandan ayrılmış qondarma Abxaziya və Osetiya rejimlərinə isə sanksiya tətbiq edir, onların beynəlxalq aləmlə əməkdaşlıqlarına birmənalı embarqo tətbiq edirlər. Krım məsələsində tətbiq edilən birmənalı beynəlxalq birliyin münasibəti Qarabağ məsələsindən yan keçir. Bu günlərdə qondarma DQR rəhbərinin Fransa və Birləşmiş Ştatlara səfərləri, Fransanın bir sıra şəhər bələdiyyələrinin rəhbərlərinin işğal olunmuş bölgələrimizlə "qardaşlaşmış şəhər" protokolu imzalayaraq , qarşılıqlı səfərlər təşkil etməsi, bir sıra xarici təşkilat rəhbərlərinin işğal altında olan ərazilərimizə səfərlər təşkil etməsi vəziyyətin əleyhimizə həyacan təbili çaldığını göstərir. Dövlətimizin müvafiq strukturları bu məsələdə öz mövqelərini ortaya qoyaraq, diplomatik kanallarla etiraz etməsi kifayət etmir, xaricdə olan təşkilatlar "əl qolu" dövlət qurumlarından fərqli olaraq açıqdır". Rəşad Quliyev qeyd edib ki, statistikayla götürsək yüzlərlə təşkilatlarımız var, səsimiz isə demək olar ki, eşidilməməkdədir: "Ağ atlı oğlanın gəlişini gözləyən xalqımız kimdənsə mədət ummaqdadır. Sizlərə çağırış edərək, umu -küsüləri, təkəbbürlüyü, mənəm mənəmliyi , arada olan kiçik münaqişələri kənara qoyaraq addımlar atmağa səsləyirəm. Məsələn təklif edirəm ki, xaricdə fəaliyyət göstərən təşkilatlardan , tanınmış şəxslərdən ibarət "Terrora, İşğala Son" beynəlxalq əməkdaşlıq koalisiyası yaradaq. Kİmdənsə sifariş gözləmək, kiminsə əmrini gözləməyə ehtiyac yoxdu. Xalq olaraq öz göbəyimizi özümüz kəsməliyik. Yoxsa zaman keçdikcə iş əleyhimizə çevriləcək. Dağlıq Qarabağ şəxslərin məsələsi deyil, bütöv Azərbaycan məsələsidir. Təklifi irəli sürdüm bu yöndə qəti addımlar atmağa və bu prosesin liderliyini deyil, sıravi işçiliyini etməyə hazıram. Yetər ki, bir arada olaq və xalqımızın Qarabağ yarası üçün addımlar ataq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31