ABŞ-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığı ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Respublikasının və Gürcüstanın ABŞ-dakı Səfirliklərinin təşkilatçılığı ilə Vaşinqton şəhərində fəaliyyət göstərən nüfuzlu analitik və təhsil mərkəzi olan Daniel Morqan adına Milli Təhlükəsizlik İnstitutunda “ABŞ-Gürcüstan-Azərbaycan: Üçtərəfli əməkdaşlığın qlobal və regional prespektivləri” mövzüsünda tədbir keçirilib.

Azərbaycan Respublikasının və Gürcüstanın ABŞ-dakı Səfirliklərinin təşkilatçılığı ilə Vaşinqton şəhərində fəaliyyət göstərən nüfuzlu analitik və təhsil mərkəzi olan Daniel Morqan adına Milli Təhlükəsizlik İnstitutunda "ABŞ-Gürcüstan-Azərbaycan: Üçtərəfli əməkdaşlığın qlobal və regional prespektivləri" mövzüsünda tədbir keçirilib.

Səfirlikdən Olaylar.az-a bildirilib ki, tədbiri giriş nitqi ilə İnstitutunun Prezidenti Kristofer Kroft açaraq qonaqları salamlayıb. "Cənubi Qafqaz yol ayrıcında: Regional sabitlik üçün çağırışlar" adlı paneldə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin müstəqilliyini qazandığı ilk günlərdən bəri öz rifahını tərəfdaş və qonşu ölkələrlə birgə inkişafda gördüyünü vurğulayıb.

Con Boltonun bu yaxınlarda regiona səfər etdiyini vurğulayan E.Süleymanov, bu səfərin ABŞ-ın regiona marağının yenidən artıdığının göstəricisi olduğunu bildirib. Səfir E.Süleymanovla eyni paneldə çıxış edən Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze regiondakı sabitliyin qorunması məqsədilə hər iki ölkənin eyni mövqedən çıxış etdiyini vurğulayıb. Gürcüstanın müdafiə və təhlükəsizlik sahələrində Azərbaycan və Türkiyə ilə üçtərəfli səviyyədə yaxından əməkdaşlıq etdiyini qeyd edən D.Bakradze, 2012-ci ildən bəri hər üç ölkənin müdafiə nazirlərinin mütəmadi olaraq görüşlər keçirdiyini bildirib. Gürcüstanın Azərbaycanla enerji və nəqliyyat sahələrində də yaxından əməkdaşlıq etdiyini qeyd edən səfir, bu sahələrdə həyata keçirilən layihələrə ABŞ tərəfindən də böyük maraq göstərildiyini diqqətə çatdırmışdır.

"Azərbaycan-Gürcüstan: Avropa və Asiya arasında enerji və ticarət üçün strateji körpü" adlı ikinci paneldə çıxış edən Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Orxan Zeynalov və Vaşinqtonda fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutunun Ramsfeld Təqaüd Proqramının direktoru David Sumbadze Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.

Tədbirin təşkilində Azərbaycan və Gürcüstandan olan tələbələr, o cümlədən, Fuad Şahbazov xüsusi rol oynamışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31