İrana qarşı sanksiyalar nə vəd edir?
12 Noyabr 2018 13:18 SiyasətAmerikanın hədəfləri və gözlənilən nəticələr nədən ibarətdir?
Son onilliklər ərzində sürətlə silahlanma Yaxın və orta Şərq regionunda mövcud olan ölkələr üçün səciyyəvi xüsusiyyətlərdən birinə çevrilib. "Ərəb baharı" sinndromundan təsirsiz ötüşən ölkələr müasir silahların əldə olunmasını özləri üçün prioritet hesab edirlər. Bu sahədə Səudiyyə Ərəbistanı daha irəli gedib. Silah sahəsində mütəxəssislər bu ölkəni indi regionda mövcud olan müsəlman ölkələri ilə deyil, dünyada sialhlanmaya ən çox pul xərcləyən ölkələrlə-Amerika Birləşmiş Ştatları və Çinlə müqayisə edirlər. Ötən il bu öikənin silahlanmaya xərclədiyi məbləğ 70 milyard dollar olub ki, bu da ABŞ və Çindən sonra üçüncü yer deməkdir. Hətta Rusiya Federasiyası kimi ciddi silah təchizatçısı Səudiyyə Ərəbistanı ilə müqayisədə bu sahədə geri qalır. Politoloq Əlimusa İbrahimov bildirib ki, maraqlı məsələlərdən biri ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı əksər mütəxəssislərin düşündüyü kimi öz silah və hərbi texnologiyaları üzrə tələbatını ABŞ vasitəsi ilə yerinə yetirmir. Onun sialh aldığı ölkələrin diopozonu çox genişdir. Buraya həm Böyük Britaniya, həm Çin, həm də Rusiya daxildir. Deməli, Amerika Birləşmiş Ştatları ilə ciddi münasibətləri onu digər ölkələrdən silah almağa mane olmur. Elə buna görədir ki, keçmiş ABŞ prezidenti Donald Trump vəliəhd Məhəmməd Bin Salmanla ortaq məxrəcə gələ bilmir.
Maraqlıdır, hərbi sahəyə bu qədər vəsait ayırmaqda Səudiyyə Ərəbistanı hansı məqsədləri güdür? Bu ailə monarxiyasını neftdən gələn gəlirlərin böyük hissəsini silah almağa məcbur edən nədir? Regionda səudlarla qarşı-qarşıya dayanan qüvvə varmı? Politoloq bu məsələdə statistik göstəricilərin müqayisəsini vacib hesab edib: "Müdafiə xərcləri üzrə dünyada nüfuzlu məlumat mənbəsi hesab olunan Stokholm Beynəlxalq Sülh Tədqiqatı İnstitutunun verdiyi məlumat görə (SİPRİ) Səudiyyəlilər 2017-ci ildə hərbi xərclərə 69.4 milyard dollar vəsait ayörmışlar. Bu 2016-cı ildən 9.2 faiz artıqdır və Ümumi Daxili gəlirin 10 faizini təşkil. 2015-ci ildə isə bu rəqəm 90 milyarddan artıq olmuşdur. Lakin neftin qiymətlərinin aşağı düşməsi bu sahədə 2016-cı ildə 30 faiz azalma ilə müşayiət olundu. Neft qiymətləri artdıqca Səudlar da hərbi sahədə xərcləri artırmaq arzusundadırlar. Səudiyyə ərəbistanının əsas düşməni hesab olunan İran 2017-ci ildə 14.5 milyard hərbi xərclərə vəsait sərf edib. Eyni dövrdə İsrailin xərcləri isə 19.6 milyar təşkil etmişdir. Hər 3 ölkə regionda gedən münaqişələrdə bilavasitə iştirak edir və vəsait xərcləyirlər. Amma Yəmən Səudiyyə ərəbistanı üçün olduqca baha başa gəlir. Krallığın orada aparılan əməliyyatlar haqqında informasiyanı gizli saxlamasına baxmayaraq, qeyri rəsmi məlumatlara əsasən aylıq xərclər 3-5 milyard ətrafındadır. Göründüyü kimi redionda hərbi xərclərə ayrılan vəsait Səudiyyə ərəbistanında region ölkələrinə, xüsusən İrana nisbətən dəfələrlə artıqdır. Buna baxmayaraq krallıq özünü yenə də təhlükəsiz hiss etmir. Daha dəqiq desək İran kabusu Səudiyyə Ərəbistanına sərbəst yaşamaq imkanı vermir. İranın şimali Koreya , Çin və Rusiya sayəsində istehsalına nail olduğu raketlər səudiyyəlilər ciddi surətdə təhdid etməkdədir. İran asta-asta amma inamla səudiyyəni və onun müttəfiqlərini mühasirəyə almaqdadır". Onun sözlərinə görə, amerikalıları narahat edən digər səbəb ərəblərin bütün hərbi ehtiyaclarını Amerikadan təchiz etməmələridir: "Bu sahədə ərəblər diversifikasiyaya üstünlük verir ABŞ-la yanaşı digər ölkələrdən də silah alırlar. 8 il ərzində Səudiyyə Ərəbistanına Amerika tərəfindən 112 milyard dollar dəyərində silah və hərbi sursat satılmasına baxmayaraq ABŞ prezidenti Donalt Tramp Amerikadan alınan silahlara xərclənən ərəb pullarını Məhəmməd bin Salmanın "cib xərcliyi" adlandırır. Silah ticarətinə həm də siyasi yaxınlaşma vasitəsi kimi baxan ərəblər yaxın münasibət qurmaq istədikləri ölkələrdən silah alır və bu ticarəti uğurla digər sahələrdə davam etdirirlər. Amma onların atdıqları addımlar və yaxınlaşmaq cəhfdləri heç də həmişə özünü doörultmur. Rusiya ilə olduğu kimi".
AÇŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunan politoloq qeyd edib ki,
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp seçkilər zamanı verdiyi vədləri yerinə yetirməkdə davam edir. O, İranla P5+1 ölkələri arasında müqavilədən təkbaşına çıxdıqdan sonra noyabrın 5-də İrana qarşı sanksiyaların ikinci mərhələsini tətbiq etməyə başladı. Trampın prezidentliyi dövrünə təsadüf edən bu sanksiyalar Amerika tərəfindən tətbiq olunan növbəti sanksiya kimi qiymətləndirilir. Buna qədər İrana qarşı ABŞ, BMT, Aİ tərəfindən müxtəlif məqsədlər güdən sanksiyalar tətbiq olunub:
İslam İnqilabının ilk günlərində iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edib Amerika vətəndaşlarını girov götürdülər və bununla sanksiyaların hədəfinə tuş gəldilər.1995-ci ildə Bill Klintonun Prezidentliyi dövründə Amerika şirkətlərinə İranla ticarət etmək qadağan olundu, İrana investisiya qoyanlar cəzalandırılmağa başladı. Eyni zamanda digər ölkələrdən olan və İranın enerji sektoruna 20 milyondan artıq investisiya qoyan şirkətlər təqib olunmağa başladı. 2006-cı ildə Amerikanın ciddi təzyiqi nəticəsində BMT tərəfindən İrana yeni sanksiyalar tətbiq olundu. Barak Obama da sanksiya məsələsində sələflərindən geri qalmadı. Hakimiyyətə gəldikdən bir il sonra İranın bank və enerji sektorunu hədəf alan yeni sanksiyalar dalğası tətbiq olunmağa başladı. Çox keçmədi ki, ABŞ-ın lobbiçiliyi, bəzən də açıq hədəsi sayəsində Avropa Birliyi də İrana qarşı sanksiyalara qoşuldu. Yuxarıda sadalanan və sadalanmayan irili xırdalı sanksiyalar İranın normal dövlət kimi inkişafını ləngitsə də onun iqtisadiyyatı və hərbi sənayesini tamamilə sıradan çıxara bilməmiş, Qərb dairələrinin İslam hakimiyyətini parçalamaq kimi hədəflərinə qovuşdurmamışdı". Onun sözlərinə görə, mütəxəsislərin fikirləri və Tramp administrasiyasının ciddi-cəhdlə elan etdiklərindən bəlli olur ki, növbəti sanksiyalar əvvəlkilərdən köklü şəkildə fərqlənir. Çünki indi hakimiyyətdə olanlar əvvəlki sanksiyaları diqqətlə öyrənmiş və onların mənfi cəhətlərini müəyyən etmişlər. Yəni bu dəfə əvvəlki səhflərin təkrar olunmaması üçün yetərincə tədbirlər planı hazırlanıb. ABŞ Dövlət Katibi Mayk Pompeonun bəyanatına görə sanksiyaları nəzərə almadan İran İslam Respublikası ilə iqtisadi əməkdaşlığa qoşulan bütün ölkələr ciddi cəzalandırılacaq. Yəni bu sanksiyalar yeni sanksiyalar gətirəcək. Belə isə İrana qarşı növbəti sanksiyanın hədəfi nədir? Həqiqətənmi elan olunduğu kimi İran nüvə tədqiqatı sahəsində fəaliyyətini tam dayandırmayıb? Ə.İbrahimov bildirib ki, nüvə sahəsində tədqiqatlara yenidən müraciət etməyin Amerika üçün bir bəhanə olduğunu Ameriakada, Avropada və İranda gözəl başa düşürlər. Əsas məqsəd İranın orta mənzilli və ballistik raket sahəsində tədqiqatlarını dayandırmaq və Orta Şərqdə onun artan nüfuz və qüdrətinin qarşısını kəsməkdir: "Təbii ki, bu məsələdə istiqamət verən İsrail və onun yanında yer tutan Səudiyyə Ərəbistanı Krallığıdır. Bu da təsadüfi deyil. Çünki Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların heç biri istənilən nəticəni verməyib. İranın gündən-günə güclənən ekspansiyasının qrşısında davam gətirmık mümükün deyil. İran tədricən bütün Orta Şərqi çəmbərə almaqdadır. Hadisələrin bundan sonra hansı istiqamətdə gedəcəyi müxtəlif formada proqnozlaşdırılır. Belə ki, İran vəziyyəti olduğu kimi saxlamağa çalışır, Amerikadan fərqli nüvə müqaviləsindən çıxmır, iqtisadi əməkdaşlığı Çin, Rusiya, Şimali Koreya ilə davam etdirir. Bu vəziyyətdə Amerika digər iki dövləti də İrana qatır. İran iqtisadi vəziyyətin pisləşməsi nəticəsində ölkədə baş verən narazılığa davam gətirməyərək Amerikanın diqtə etdiyi şərtlər daxilində müqavilə imzalamaq üçün danışıqlar stolunda əyləşir. Bu Tehran Rejiminin tam təslimi olardı və iflası olardı; İran kompramis olara qarşısına qoyulan iki məsələdən biri üzrə razılaşır, digər məsələ ilə əlaqədar danışıqlar prosesi başlayır, sanksiyalar yüngülləşdirilir; Daha ciddi sanksiyalar tətbiq olunmaqla İran daxilində qarışıqlıq yaradılır və hakimiyyət yeni qüvvələrin əlinə keçir, bu qüvvələr Qərblə kompromis yolunu tapırlar; Tehran sanksiyaların əvəzini Suriya, İraq və Yəməndə yeni həmlələrlə çıxır. Belə olan halda ona qarşı müharibəyə qədər daha ciddi tədbirlər ortaya qoyula bilər. Bu variantlardan hansının həqiqətə daha yaxın olacağını gələcək günlərdə müşahidə edəcəyik".
Nurlan