"VI Beynəlxalq Humanitar Forumu ölkəmiz üçün faydalı olacaq" - MÜNASİBƏT
25 Oktyabr 2018 13:41 SiyasətBu gün Bakıda VI Beynəlxalq Humanitar Forum öz işinə başlayır. Forumun əhəmiyyətindən danışan internet-media ekspert Səbuhi Abbasov rəsmi Bakının beynəlxalq mühitə hər zaman açıq olduğunu deyib.
Onun sözlərinə görə, Bakıda VI Beynəlxalq Humanitar Forum öz işinə başlayır: "Bundan öncəki forumlar hər zaman regional və beynəlxalq səviyyədə ən yüksək səviyyədə qarşılanıb. Bu forumda Azərbaycan dünyaya öz siyasi tolerantlığını tam tərəfləri ilə təqdim edə bilir. Bundan başqa iştirakçı qonaqlar, dünya səviyyəsində qəbul edilən siyasi fiqurlar birmənalı şəkildə ölkəmizin Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyini qəbul edir və dəstəkləyirlər. Biz eyni zamanda xalqımızın mühüm sərvətlərindən olan tolerantlığın dünyaya daşınmasında bu forumun əhəmiyyətini xüsusi olaraq vurğulamalıyıq. VI Forumda bir sıra mühüm məsələlər ətrafında da müzakirələrin gedəcəyi bildirilir. Bu mənada hesab edirəm ki, bu dəfəki forumda məhsulda və ölkəmiz üçün faydalı olacaqdır".
SİA