Azərbaycan Prezidenti Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ilə görüşüb

Azərbaycan Prezidenti İlham ƏliyevOktyabrın 25-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ilə görüşüb.

Görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib.

Prezident İlham Əliyev Anatoli Torkunovun Forumda iştirakından məmnunluğunu bildirib.

Rektor Anatoli Torkunov Forumun dünyada humanitar əlaqələrin inkişafına töhfəsini vurğulayaraq ölkəmizə xoş duyğularla gəldiyini və bu mötəbər tədbirdə iştirak etdiyini deyib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31