Yəhya Musayev Rusiyanın sənaye və ticarət nazirinin müavini ilə görüşüb

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəvəti ilə Moskvada səfər edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin Rusiyanın sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev ilə görüşü olub. Səmimi keçən görüşdə iki ölkənin müdafiə sənayesi üzrə fəaliyyət göstərən qurumları arasında mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Eyni zamanda, əməkdaşlığın genişləndirilməsinə dair hər iki tərəfin niyyəti ifadə olunub və geniş fikir mübadiləsi aparılaraq prioritet istiqamətlər üzrə razılıq əldə edilib. Nazir müavini Yəhya Musayev dəvətə və səfərin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31