Deputat bu istiqamətdə gənclərə dəstək təklif etdi

Sofiyanın ölkəmizə gəlişi Azərbaycan gəncliyinin müasir texnologiyalara diqqətinin artırılmasına mühüm töhfə verəcək.

Bu sözləri  millət vəkili Asim Mollazadə deyib.

"Sofiyanın Azərbaycanda təqdim olunması çox gözəl hadisədir. Çünki yeni innovasiyaların nümayişi ələlxüsus da bu texnologiyaların inkişafı istiqamətləri ilə tanışlıq baxımından önəmlidir. Bu, Azərbaycan gəncliyinin diqqətinin informasiya texnologiyalarına cəlb olunması və ölkənin modernləşməsi baxımından mühümdür", - deputat qeyd edib.

Millət vəkili Sofiyanın Bakıya gəlişinin gənc sahibkarlara da stimul verəcəyini düşünür:

"Hesab edirəm ki, universitet və müvafiq texnoparklarda gənclər, həmçinin startapçılar üçün bu istiqamətdə imkanlar artırılmalıdır. Yeni yaranan innovativ şirkətlərə isə dövlət tərəfindən dəstək verilməlidir".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31