“Fransa bu işlərdə çox böyük məsuliyyət daşıyır” - MÖVQE

"Fransanın bir neçə bələdiyyə başçıları tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərinin həyata keçirilməsi və orada mövcud olan qondarma separatçı rejim təmsilçiləri ilə "bəyannamə" imzalanması ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Eyni zamanda bu hadisə Fransanın müəyyən siyasi səviyyədə korrupsiyasının təzahürüdür".

Bunu millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, yerli hakimiyyətlər, hətta Fransanın keçmiş Assambleyasının nümayəndələri də erməni diasporasının, lobbiçilərinin korrupsiyasına qurşanıblar: "Zənnimcə bunun qarşısını almaq üçün Fransa hökuməti müvafiq araşdırmaları həyata keçirməlidir. İkincisi bu sadəcə Azərbaycana və yaxud da Azərbaycan kimi Avropa Birliyinin xarici ölkələrinə deyil, Fransanın özünə çox böyük zərbələr vurur. Bu cür işlərin qarşısını almaq üçün ciddi anti-korrupsiya addımları atılmalıdır. Rəsmi Bakı buna öz cavabını verməlidir və izah etməlidir ki, bu hadisələr beynəlxalq hüquq normalarını kobud surətdə pozur. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu işlərdə çox böyük məsuliyyət daşıyır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31