Deputat: “Tarixi həqiqətləri heç kim silə bilməz” - RƏY

"Fransanın bir neçə bələdiyyə başçıları tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərinin həyata keçirilməsi beynəlxalq normalara tamamilə ziddir. Bununla bağlı Azərbaycan tərəfi qanuni addımlarını atıb və bundan sonra da atacaqdır".

Bunu millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, ötən gün Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib və bununla bağlı rəsmi Bakının mövqeyi, eləcə də narahatlığı səfirə bildirilib: " Düşünürük ki, bu kimi addımların dövlət adamları, rəsmi şəxslər tərəfindən atılması yolverilməzdir. Əgər ictimai birliklər fərdi şəkildə bu addımı atırlarsa haradasa bu başadüşülən kimi qəbul edilə bilər. Amma rəsmi bir şəxsin qəbul edilməyən, tanınmayan bir "respublika"ya, separatçı bir torpağa ayaq basması həm beynəlxalq normalara, həm də ikili dövlət münasibətlərinə də xələl gətirir. Bu kimi hadisələr bugünə qədər Azərbaycan və Fransa arasında mövcud olan inkişaf tempini tutan münasibətlərin davamına kölgə sala biləcək addımlardır. Unutmamalıdırlar ki, bu Azərbaycan torpağıdır və heç bir qanunla, əsası olmadan işğala məruz qalıb. Bu gün bu torpaqlar ermənilərin xəyalının məhsulu olaraq əgər Ermənistan torpağı olaraq bütün dünyaya tanıtdırılmağa və qəbul etdirilməyə cəhd edilirsə də amma tarixin silinməz faktları var. Tarix həqiqətləri həqiqət olaraq qalır və bu həqiqətləri heç kim silə bilməz".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31