Nikoldan Qarabağ açıqlaması: "Məsuliyyət daşımıram"
24 Oktyabr 2018 14:04 SiyasətMən Dağlıq Qarabağa görə məsuliyyət daşımıram.
Bunu parlamentdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Mən Ermənistan adına görə məsuliyyət daşıyıram. Dağlıq Qarabağda danışıqlar aparmaq səlahiyyətinə sadə bir səbəbə görə malik deyiləm. Bu da Qarabağ xalqının Ermənistan hakimiyyətinin formalaşmasında iştirak etməməsidir. Bu o demək deyil ki, Paşinyan danışıqlarda iştirak etməyəcək. Mən bunu Ermənistan adından edəcəyəm", - deyə o bildirib.
O, Qarabağ konfliktinin həllinin uzaqda olduğunu deyib.
Paşinyan Qarabağla xalqdan gizli razılaşma əldə olunacağına dair iddiaları da təkzib edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31