Iki deputatın namizədliyi irəli sürülüb - Komitə sədrinin müavini vəzifəsinə
24 Oktyabr 2018 13:05 SiyasətMilli Məclisin oktyabrın 30-da keçiriləcək plenar iclasında parlamentin iki komitəsinə sədr müavini seçiləcək. Məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının Milli Məclisinin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb. Növbəti plenar iclasda hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31