Sofiyanın proqram təminatında Azərbaycan dilinin yer tutması
Azərbaycanın dünyaya verəcəyi növbəti töhvə ola bilər
24 Oktyabr 2018 12:35 SiyasətAzərbaycanın dünyaya verəcəyi növbəti töhvə ola bilər
Hazırda inkişaf etmiş ölkələrdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi, qlobal rəqabət şəraitindən yararlanmaq üçün innovasiya amilinə üstünlük verilir. Qlobal tərəfdaşlıq, birgə tədqiqat müəssisələrinin yaradılası da daxil olmaqla, kooperasiya əlaqələri genişləndirilməkdədir. Azərbaycanda da iqtisadi tərəqqiyə gedən yolun məhz müasir innovasiyaların tətbiqindən keçdiyi prioritet məsələ kimi qarşıya qoyulub. Sirr deyil ki, müasir tələblərə cavab verən texnologiuaların iqtidsadiyyata tətbiqi yeni dünyanın diktə etdiyi məsələdir. Çünki yalnız, bu halda dövlətlər dayanıqlı iqtisadi inkişaflarını təmin etmiş olurlar. Etiraf edilməlidir ki, son illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində istehsalın əsas amili kimi respublikamızda innovasiyanın inkişafı üçün zəruri olan bütün şərait yaradılıb. Məhz bu amili əsas tutan Azərbaycan iqtisadiyyatda innivasiya və texnologiyaların tərbiqinə üstünlük verir. Bunun nəticəsidir ki, ölkəmizdə çoxşaxəli və innovasiya yönümlü iqtisadiyyat formalaşıb. Yaxın gələcəkdə də innovasiya fəaliyyətinin genişləndirilməsi və tətbiqinin sürətləndirilməsi məqsədilə bütün istiqamətlərdə stimullaşdırıcı mexanizmlər həyata keçirilməkdədir. Hazırda ölkəmizdə uğurla tətbiq edilən, Azərbaycan brendi olan "ASAN xidmət" beynəlxalq səviyyədə dəstəklənir, ölkəmizin zamanın tələbinə uyğun atdığı addımlar təqdir edilir. "ASAN xidmət" istifadəçilərinin sayı artmaqda, mərkəzlərinin coğrafiyası genişlənməkdədir. Bir əsas məqama da qeyd edək ki, ölkənin hərtərəfli inkişafını şərtləndirən əsas amillərdən biri də şəffaflığın yüksək səviyyədə qorunması, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə, məmur-vətəndaş münasibətlərinin normal səviyyədə tənzimlənməsidir. "ASAN xidmət" bu məqsədlərə lazımi səviyyədə nail olmağa stimul verdi. "ASAN xidmət"in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti tərəfindən, həmçinin Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Bu kimi faktlar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələrə üstünlük verməsini, eyni zamanda, Azərbaycan brendinə dünyada böyük marağın olduğunu təsdiqləyir. Bu uğurları sırasına Prezident İlham Əliyevin İmişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat" kompleksinin açılışını, eyni zamanda, mərkəzdə innovativ yeniliklərlə tanışlıq zamanı robort "Sofiya" ilə görüşü də əlavə etməliyik.
Məlumat üçün qeyd edək ki, "Sofia" Honq Konqda yerləşən Hanson Robotics şirkətinin inkişaf etdirdiyi sosial humanoid robotudur. 2017-ci ilin oktyabrında bu süni intellekt əsaslı robot dünyada ilk dəfə olaraq hər hansı bir ölkənin vətəndaşlığını alan ilk robot oldu. Sofia jestləri, göz təması və cavablarına görə insana ən yaxın olan humanoid sinfinə aid robot hesab edilir. Hanson Robotics-in verdiyi məlumata əsasən Sofia-nın potensial media əhatəsi milyardlarla insan səviyyəsində ölçülür. Bu humanoid robotun Azərbaycan haqqında dediyi yüksək fikirlər dünyada ölkəmizin yüksək imicə malik olduğunu bir daha təsdiqidir. Qeyd edək ki, bu günə qədər dünyada bir çox məşhur simalarla görüşən, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və debatlarda iştirak edən robot "Sofiya" ölkəmizin qonağı olmağından, paytaxt Bakımızın gözəlliyindən məmnunluğunu ifadə edib. Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini xüsusi qeyd edən "müasir qonağımız" bu məqamı da xüsusi vurğulayıb ki, ölkəmiz gənc olmasına baxmayaraq, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir.
Robort Sofiyanın təkcə ölkəmizin paytaxtında deyil, eləcə də regionda- İmişlidə təqdim olunması Azərbaycanın ümumi inkişaf səviyyəsinin göstəricisi kimi dəyərləndirilə bilər. Daha dəqiq, bu fakt özlüyündə Azərbaycanın həm də regionlarında inkişaf səviyyəsinin yüksək olduğunu təqdiqləyir. Heç şübhəsiz ki, Sofianın Azərbaycana səfər etməsi gənc sahibkarlar, startapçılar, elm adamları və ideya müəllifləri üçün yeni motivasiya mənbəyi rolunu oynayır.
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadi inkişafın innovasiyalı tipinə, sənayeləşdirilmiş cəmiyyətdən elm və biliyə əsaslanan postsənayeləşmə cəmiyyətinə keçid iqtiqamətində islahatlar həyata keçirilir. Burada təbii olaraq sosial sferada yüksək innovasiyaların tətbiq olunmasını təmin edən dövlətin innovasiya siyasəti ilk sırada durur. Bu baxımdan demək olar ki, Sofianın Azərbaycana səfəri elm adamlarının yeni ideyalar müəllifinə xə ixtira sahiblərinə çevirəcəyinə səbəb olacaq. Digər bir məqam ondan ibarətdir ki, Sofianın cənab Prezidentin təşəbbüsü ilə yaradılan ASAN brendi haqqında dediyi xoş sözlər və ASAN-ın binasının açılışında iştirak etməsi heç də təsadüfi deyil. Çünki ASAN da cənab Prezidentin təşəbbüsü və liderliyilə yaradılan mühüm innovativ layihədir. ASAN və Sofia - hər ikisi BMT-nin mükafatlarını alıblar. Sofianın "Azərbaycan dilini yeni öyrənməyə başlamışam..." ifadəsi isə onu göstərir ki, gələcəkdə bu robotun proqram təminatında Azərbaycan dili də yer tuta bilər. Ümumi qənaətə görə, müasir dünyada innovasiyalı cəmiyyət quruculuğuna keçid cəmiyyətin innovativ potensialını və idarəçilik mədəniyyətini təkmilləşdirmək üçün strateji amil rolunu oynayır. İnnovativ xidmətlərə keçid şəffaflığın təmin edilməsi, süründürməçilik hallarının aradan qaldırılması, vətəndaşlarla dövlət strukturları arasında zaman itkisinə səbəb olan canlı əlaqənin minimuma enməsi ilə nəticələnir. Sosial innovasiyalar respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün prioritet vasitə hesab edilir. İnnovativ xidmətlərin sosial sferada miqyası və onlardan istifadə edən vətəndaşların sayı artdıqca şəffaflıq da artır. Bu isə o deməkdir ki, robot Sofiyanın proqram təminatında Azərbaycan dilinin yer tutması ölkəmizin dünyaya verəcəyi növbəti töhvə kimi dəyərləndirilməlidir.
Alim