İrəvan məcburdur: Qarabağ qaytarılmasa... – Millət vəkili
24 Oktyabr 2018 12:46 SiyasətPaşinyan hakimiyyətə gəlsə belə, böyük çətinliklərlə üzləşəcək.
Bunu millət vəkili, politoloq Rasim Musabəyov deyib.
"İndi Ermənistanda əsas məsələ stabil bir hökumətin qurulmasıdır. Ancaq Dağlıq Qarabağ konflikti həll edilmədən, müharibə ehtimalı gündəlikdən çıxmadan və nəhayət, kommunikasiyalar açılmadan Ermənistanın inkişaf etməsi mümkün deyil. Ona görə də Paşinyan hakimiyyətə gəlsə belə, böyük çətinliklərlə üzləşəcək", - deputat bildirib.
Millət vəkili vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa məcburdur: "Əks təqdirdə, Ermənistan Azərbaycanın gücü ilə üz-üzə qalacaq. Artıq Ermənistanı himayə edən dövlətlər də İrəvanın başqa yolunun qalmadığını, addım atılmayacağı təqdirdə prosesi özlərinin sonlandıracaqlarını bildirirlər".
axar.az