Deputatımız Strasburqa gedir
24 Oktyabr 2018 12:13 SiyasətAvropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev oktyabrın 24-dən 26-dək Strasburqda səfərdə olacaq. Milli Məclisdən "Olaylar"a verilən xəbərə görə, səfər çərçivəsində Cavanşir Feyziyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin qarşı tərəfdən olan həmsədri Səyyad Kərim, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolaye və Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun üzvləri ilə bir sıra görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin cari vəziyyəti və perspektivləri barədə müzakirələr aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31