ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana gəlib
24 Oktyabr 2018 11:29 SiyasətABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana gəlib.
Səfər zamanı C.Bolton rəsmi şəxslərlə Azərbaycan və ABŞ arasındakı əməkdaşlığın inkişafı, eləcə də regional məsələlərin müzakirə olunacağı bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, o, daha əvvəl Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geosiyasi rolun vacibliyini dəyərləndirəcəyini bildirib.
C.Bolton Cənubi Qafqaza gəlməmişdən əvvəl Rusiyada səfərdə olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31