"Mİnsk qrupu ölkələri Qarabağda sülhün təmin olunmasında maraqlıdırlar"

"Qarabağ münaqişəsi Vaşinqton və Moskvanın mövqelərinin üst-üstə düşdüyü bir neçə məsələlərdən biridir". Bunu Rusiya Erməniləri Birliyinin sədri Ara Abramyan bildirib.

Rusiya ilə ABŞ arasında münasibətlər çox gərgin olduğunu xatırladan birlik sədri söyləyib ki, lakin buna baxmayaraq ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Zaqafqaziya regionunda, xüsusilə Qarabağda sülhün təmin olunmasında maraqlıdırlar: "Burada amerikalılar, Rusiya və Fransanın timsalında avropalılar təmsil olunurlar. Bu unikaldır. Lakin Rusiya sərhədləri yaxınlığında münaqişəyə heç bir maraq göstərmir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31