Robot “Sofiya”: “İlham Əliyevlə görüşdən məmnun oldum”

Bu gün dünyanın tanınmış robotu Sofiya "ASAN-xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib. "Olaylar" xəbər verir ki, bunu robot "Sofiya" jurnalistlər açıqlamasında bildirib."Sofiya" deyib ki, Azərbaycan onu valeh edib: "Azərbaycan gənc və müstəqil ölkə olmasına baxmayaraq, dünyaca məşhur layihələr həyata keçirir. "ASAN-xidmət" də bunlardan biridir. "ASAN-xidmət"in açılışında iştirak etdiyimə və Prezident İlham Əliyevlə görüşdüyümə, həmsöhbət olduğuma məmnum oldum. "ASAN-xidmət" çox unikal bir məkandır, rahat, müasir və insanyönümlüdür". "Sofiya" Azərbaycanda olduğundan məmnunluğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31