Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsrailə rəsmi səfərə yola düşüb
23 Oktyabr 2018 15:40 SiyasətMüdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin Müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31