Qaşıqçı hadisəsində İranın tutduğu mövqe və onun gözləntiləri

İran Qaşıqçının qətl edilməsi ilə əlaqədar baş verən hadisələrdə olduqca təvazökar davranış nümayiş etdirdi. Təbi ki, bu gözlənilən deyildi.

İran Qaşıqçının qətl edilməsi ilə əlaqədar baş verən hadisələrdə olduqca təvazökar davranış nümayiş etdirdi. Təbi ki, bu gözlənilən deyildi. Dünya ictimaiyyəti İranın digər dövlətlər kimi hadisənin törədilməsində birbaşa günahlandırılan Səudiyyə Ərəbistanı Krallığına qarşı ittihamlara qoşulacağını və hə hətta bu sırada öndə gedəcəyini düşünürdü. Təbii ki, əbəs deyildi bu gözləntilər. Çünki Səudiyyə Ərəbistanı İsraildən sonra İranın regionda ən qatı düşməni hesab olunur. Digər tərəfdən, səudiyyəlilərin yerində İran olsaydı ərəblər bu hadisəni göydəndüşmə fürsət kimi qiymətləndirər və İranı istədikləri kimi günahlandırardılar. Politoloq Əlimusa İbrahimov deyib ki, məlum qətllə bağlı böhran başlayandan bu günə qədər hadisənin İranın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmasına baxmayaraq ölkə  rəsmiləri hər hansı bir bəyanat verməkdən və  mövqe bildirməkdən çəkinir. Onlar bu sükutun səbəbini istintaqın getməsi ilə əlaqələndirirlər: "Təbii ki, yetərincə inandırıcı arqument deyil. Elə isə bu təvözakarlığın arxasında nə dayanır? İranın özünün də zamanında müxalif qüvvələri zərsizləşdiməkdə istifadə etdiyi taktikalar, Qaşıqçının məqalələrində Səudiyyə Ərəbistanı ilə yanaşı İranın da tənqidə tuş gəlməsi, yoxsa Amerika vədigər region ölkələri kimi   İranın da  bu hadisədən öz mənafeyi naminə istifadə etmək arzusu? Təbii ki, hipotetk sualların  sonuncusu haqqında fikir yürütmək daha məqsədəuyğundur. Çünki Qaşıqçı hadisəsinə qədər İran küncə sıxılmış durumda idi. Amerikanın 5+1 formatlı nüvə müqaviləsindən çıxması və onun ardınca ABŞ tərəfindən tətbiq olunan  sanksiyaların sıralanması İranı küncə sıxmışdı. Qaşıqçı hadisəsi İranın əlinə bir imkan kimi düşdü. O, Dünya ictimaiyyətini diqqət mərkəzindən kənara çəkildi , Səudiyyə Ərəbistanı və onun vasitəsi ilə Amerikailə dioloq imkanı əldə etdi". Onun bildirdiyinə görə, İranla Səudiyyə Ərəbistanı arasında münaqişəyə gətirib çıxaran məsələlər yetərincə çoxdur. Suriyada qarşıdurma, Yeməndə müharibə, İraqda nüfuz savaşı və sair: "Bütün bunlara Amerikanın sanksiyalarını da əlavə etsək, İranın gözləntilərinin Qaşıqçı hadisəsindən daha böyük miqyasda olduğunun şahidi oluruq. Deməli İran da regionda nüfuz savaşı uğrunda mübarizə aparan digər dövlətlər kimi Qaşıqçı hadisəsindən istifadə etməkdə ciddi maraqlıdır. Ən azından Səudiyyə Ərəbistanı, xüsusilə onun adekvat olmayan vəliəhdi və faktiki kralı Məhəmməd Bin Salmanın (MBS) küncə sıxışdırılması İranın maraqlarına cavab verir. Digər tərəfdən bu qarışıqlıqda səsini qaldırıb düşmən mövqeyində dayanan ölkələrin diqqətini cəlb etmək istəmir. Səudiyyə Ərəbistanına qarşı hücumlara qoşulması diqqəti yenidən ona çevirə bilərdi. Ən əsası isə İran  susmağın qarşısında mükafatlandırılaçağına böyük ümid bəsləyir. Suriya və Yeməndə hərəkət azadlığı, neftin qiymətlərinin nizamlanmasında İranın maraqlarının nəzərə alınması, yaxud Amerika ilə münasibətlərin yumşalmasında lobbiçilk.... Bunlardan hansının  mükafat formasında  İrana veriləcəyi hadisələrin gələcək inkişafından asılı olacaq.Digər tərəfdən bu sadəcə Səudiyyə Ərəbistanından asılı olan məsələ deyil. Krallığın  region üzrə müttəfiqləri İsrail və Amerika da edilən güzəştlərə imza atmalıdır. Əks halda bu mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31