Prezident: "Pakistan Azərbaycanla əməkdaşlığın bütün sahələrdə inkişaf etməsini istəyir"
23 Oktyabr 2018 11:56 SiyasətAzərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Pakistan Prezidenti Arif Alvi ilə görüşüb.
Görüş zamanı Pakistan Prezidenti iki ölkənin bütün əsas qlobal və regional məsələlər üzrə əməkdaşlıq etdiyini bildirib.
Onun sözlərinə görə, ölkələrin bütün beynəlxalq platformalarda bir-birini dəstəkləməsi qardaşlıq münasibətinin sübutudur.
Prezident söyləyib ki, Pakistan Azərbaycanla əməkdaşlığın bütün sahələrdə inkişaf etməsini istəyir.
A.Alvi həmçinin ölkələr arasında ticarət dövriyyəsinin artmasının vacibliyini qeyd edib.
Bundan əlavə, Pakistan Prezidenti terrorizm və radikalizmə qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31