"O itin başını mənə gətirin" - Camal Qaşıqçının ölüm əmrini o verib - ŞOK İDDİA
23 Oktyabr 2018 10:05 SiyasətSəudiyyə Ərəbistanın İstanbul konsulluğunda qətlə yetirilən Camal Qaşıqçının ölüm əmrini şahzadə vəliəhd Salman bin Məhəmmədin müşaviri Suud el-Kahtani verib.Yenicag.az xəbər verir ki, bu iddia ilə "Reuters" agentliyi çıxış edib.Agentliyin iddiasına görə, Kahtani "Skype" vasitəsi ilə konsulluqla əlaqə saxlayaraq Qaşıqçının ölüm əmrini verib. O, danışıq zamanı "O itin kəlləsini mənə gətirin" deyib.Qeyd edək ki, Suud el-Kahtani müxalifətə qarşı "Twitter" qurduğu "trol ordusu"na rəhbərlik edir. Onun hər "trol"u ayda 3 min dollar maaş alır. Ölkədə iqtidara qarşı çıxanlar yüzlərlə "trol" tərəfindən sosial şəbəkələrdə linç edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31