"Qaşıqçı işi" Məhəmməd bin Salmanın ilk hoqqası deyil, lakin onun populyarlığı çoxdur- “Le Figaro”
22 Oktyabr 2018 13:01 SiyasətSəudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçının öldürülməsi ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın beynəlxalq davranış qaydalarını pozduğu ilk vaqiə deyil.
Fransanın "Le Figaro" qəzetinin yazarı Jorj Malbrüno onun başqa günahları yada salır.
Yazıda MBS-nin (MBS - Muhammad bin Salman; Avropa mətbuatında səudiyyəli şahzadə bu abbreviatura il təqdim olunur-red.) 2017-ci ilin noyabrında ölkəyə gələn Livanın baş naziri Said Haririni İrana və Hizbullah təşkilatına həddindən artıq yumşaq davrandığı üçün onun iradəsi əleyhinə zorla ər-Riyadda tutduğu xatrıladılıb. Haririni çətin vəziyyətdən isə Fransa prezidenti Emmanuel Makron qurtara bilmişdi.

"Hətta öz daxili krallıq ailəsində belə bu adam özünü filin qab-qacaq vannasındakı halı kim aparır", - yazıda qeyd olunub.
Məqalə müəllifi hər halda şahzadənin Ərəbistanın gələcəkdə necə olması barədə müəyyən təsəvvürə malik olduğunu yazıb. Malbrünonun fikrincə, məhz onun sayəsində şahzadələr arasındakı çəkişmələrdən başını ayılda bilməyən krallıq qüdrətli düşməni İrana qarşı dirçələ bilib.
"Şahzadə Məhəmməd özü üçün sadəcə bir faktı müəyyən edib: "Bir halda ki, ölkənin üçdə ikisini gənc əhali təşkil edir, onları mən idarə etməliyəm". Bundan irəli gələrək MBS qadınlara maşın sürmək icazəisini verib və əmək bazarını onlar üçün açıb",- Mabrüno qeyd edir.

"Özünüzü aldatmayın. Şahzadəni ölkənin gənc əhalisi dəstəkləyir və Məhəmməd bin Salmanın ölkə içində malik olduğu nüfuz və hakimiyyət o qədərdir ki, atası istəsə belə, onu işlərdən kənarlaşdıra bilməz", - ər Riyaddan olan bir səudiyyəli müəllifə danışıb.
"Bəs insan hüquqları?
"Siz məni bu sualla bezdirdiniz",- keçən il səudiyyəli şahzadə xarici qonaqların birinə belə cavab vermişdi.
Yaxşı olar ki, Səudiyyənin gələcək sultanı öz tonunu bir qədər dəyişərdi", - Malbrüno sonda xəbərdarlıq edir".