Qaşıqçı cinayətində şok iddia: Dindirilmə zamanı...

Jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı yeni iddia ortaya atılıb.

Axar.az  xəbər verir ki, bu barədə "Röyter"ə adının açıqlanmasını istəməyən bir Səudiyyə Ərəbistanı rəsmisi danışıb.

Məlumata görə, dindirilmə zamanı Qaşıqçı qışqırmağa başlayıb. Ona mane olmaq istəyənlər ağzını tutmağa məcbur olub. Belə olan halda isə Qaşıqçı boğularaq dünyasını dəyişib. Onun cəsədi yerli əməkdaşlardan biri tərəfindən xalçaya bükülərək ərazidən uzaqlaşdırılıb və parçalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31