Azərbaycan-Türkiyə əlaqələrinin ən əhəmiyyətli ölçüsünü enerji sahəsi təşkil edir

"Cənab prezident İlham Əliyevin də vurğuladığı kimi iki ölkə arasındakı əlaqələr dostluq, qardaşlıq sözlərinə hakim olan Azərbaycan-Türkiyə əlaqələri "bir millət iki dövlət" deyimi üzərindən təyin olunmaqdadır"

Bu fikirləri Olaylar.az-a analitik-icmalçı Ehtiram Aşırlı deyib.

O, bildirib ki, tarixdən gələn etnik və mədəni yaxınlıq iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəli inkişafına təsir edən ən əhəmiyyətli faktorlardan biridir:

"9 noyabr 1991-ci ildə Türkiyənin Azərbaycanı tanımasıyla birlikdə qurulan rəsmi əlaqələr, indiki vaxtda strateji tərəfdaşlıq çərçivəsində inkişaf etdirilir. Bu strateji tərəfdaşlığın ən vacib xüsusiyyəti, şübhəsiz ki, enerji sahəsində əməkdaşlıqdır. Azərbaycanla Türkiyə arasında enerji sahəsinə dair BTC neft boru kəməri, BTƏ, TANAP  təbii qaz boru xətti kimi layihələr reallaşdırılmışdır.Azərbaycan-Türkiyə əlaqələrinin ən əhəmiyyətli ölçüsünü enerji sahəsi təşkil edir. Bundan sonrakı müddətdə Azərbaycan və Türkiyə dövlətləri arasında alternativ yenilənə bilən enerji sektorunun inkişaf etdirilməsi üçün sərmayələrin qoyulması gözlənilir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31