Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlət başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı türk əsgərlərini salamlayıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31