İranın yeni ali lideri kim olacaq?
Bu günlərdə İranda məhdud çərçivədə müzakirə edilən məsələlərdən biri də qonşu ölkənin ali dini liderinin kim olacağıdır.
19 Oktyabr 2018 12:57 SiyasətBu günlərdə İranda məhdud çərçivədə müzakirə edilən məsələlərdən biri də qonşu ölkənin ali dini liderinin kim olacağıdır. İndiki məqamda bu mövzunun gündəmə gəlməsi heç də təsadüfi sayılmır. Müstəqil ekspert Zeynal Əmralıyev hesab edir ki, buna səbəb İslam İnqlabının lideri Ayətullah Ruhullah Xomneyinin nəvəsi Əli Xomneyinin Qumdakı mədrəsəni tərk edərək İraqın Nəcəf şəhərinə köç etməsi barədə yayılan xəbərlərdir. Ekspert bildirib ki, sentyabrın 25-də İran mətbuatı belə bir məlumat yayıb. Zeynal Əmralıyevin sözlərinə görə, bu sıradan bir köç kimi görsənsə də, əslində heç də belə deyil: "Əvvəla ona görə ki, Əli Xomneyi 1995-ci ildə vəfat etmiş və inqlab lideri atasının sağ əli olaraq bilinən Seyid Əhməd Xomeyninin oğludur.Seyid Əhmədin ən tanınmış oğlu heç də Əli deyil, digər qardaşı Həsən Xomneyidir. Həsən həm də mükəməll dini təhsil alıb və ictimai hadisələrdə yaxından işdirak edib. O, hazırda babasının ziyarətgahına rəhbərlik edir. Ancaq onun islahatçı qanad, xüsusilə də bu hərakatın ən təhlükəli nümayəndəsi sayılan keçmiş prezident Məhəmməd Xatəminin siyasi baxışlarını paylaşması gələcək karyerasının üzərindən qalın bir xətt çəkdi. İranda hazırda ali dini mərtəbə içində Əli Xomneyinin nüfuzu parlayırdı. Ancaq Əli ilə bağlı da ölkə rəhbərliyinin problemləri az deyil. Əli hər nə qədər qardaşından fərqli olaraq mühafizəkar düşərgəyə yaxın olsa da, şiəliyin Nəcəfdəki qolu ilə sıx əlaqədədir. Belə ki, Əli Xomneyi İraqın Nəcəf şəhərində məşkunlaşmış məşhur şiə alimi Ayyətullahül-üzma Seyid Əli Sistanin yaxın tərəfdarı kimi tanınır. Hətta Sistani ilə yaxın qohumluq əlaqəsi belə var. Belə ki, Əli özünə həyat yoldaşı olaraq Sistanin kürəkəni Cavad Şəhristanin qızını, yəni Sistanin nəvəsini seçib". Ekspert hesab edir ki, Xomneyinin İrandan Nəcəfə köçməsi İslam Respublikası rəhbərliyində həyacan yaratmaya bilməz: "Bunun da bir neçə səbəbi var: Birincisi, çünki bu bir simvolik önəm daşıyır. Vaxtilə Əlinin babası Ruhullah Xomeyni də şah rejimindən narazı qaldığı zaman Nəcəfə köçmüş və onlara qarşı buradan mübarizə aparmışdı. İndi birdən nəvə Xomneyidə eyni yolla gedə bilərmi? İkincisi, aydın məsələdir ki, İrandan fərqli olaraq Nəcəf mədrəsinin başında duran Sistani dünyəvi dövlətin tərafdarıdır və dinin siyasətə müdaxiləsinin tərəfdarı deyil. Məhz onun 2003-cü ildə bitərəf qalması səbəbi ilə İraq yenidən qurularkən burada dini deyil, dünyəvi dövlət quruldu. Birləşmiş Ştatlar da burada İrana qarşı yeni bir İslam Respublikasının qurulmasında maraqlı idi. Ancaq Sistani lazımi dəstəyi vermədi və ABŞ-ın planını pozdu. Buna rəğmən onun bu hərəkəti İranda da qorxu yaratdı. Çünki Sistanin dünyəvi dövlət fikri İrana da yayıla bilərdi. Əli Xomneyi isə Sistanin yanına köçməklə əslində onun siyasi görüşünü mənimsədiyini ortaya qoyur. Xomeynin Sistanin ideyalarından bəhrələnib rejim rəhbərliyinə qarşı təhdid oluşdurmayacağına kim qənaət verir. Üçüncüsü, vaxtilə Ayyətullah Ruhullah Xomeyni chr("39")chr("39")Vilayəti-fəqihchr("39")chr("39") üsul idarəsinə aid əsərlərini məhz Nəcəfdə sürgündə olarkən yazıb. Bu həmin əsərdir ki, İslam İnqlabının təməl qanunlarını təşkil edir və Xomeyni məhz bu əsərdəki fikirləri rəhbər tutaraq inqilaba başlaya bilib. Son zamanlar isə islahatçılar məhz chr("39")chr("39")Vilayəti-fəqihchr("39")chr("39") ilə ali dini liderin səlahiyyətlərini azaltmağa çalışırdılar. Nəcəf mədrəsəsinin yetirmələri İranda demək olar ki, bu qanunların müdafiəçisi kimi tanınır və buna görə də bu əsər hazırda Ayətullah Əli Xamneyinin hakimiyyətinə maneçilik törədir".
Zeynal Əmralıyevin qənaətincə, görünən budur ki, Xomeyni ailəsinin, bilavəsitə də ailədə ali liderliyə əsas namizəd sayılan Əli Xomeyninin Əli Xamneyi ilə münasibəti gərgindir: "Bu isə ölkədə yeni ali dini lider kim olacaq sualını meydana gətirir. Hazırda bu posta ən şanslı namizədlər aşağdakılardır: Ölkənin hazırki prezidenti Həsən Ruhani, prezidentliyə keçmiş namizəd, Qum şəhərindəki "İmam Rza türbəsi"nin rəhbəri Ayyətullah İbrahim Rəisi, İran Parlamentinin sədri Əli Laricaninin qardaşı,ölkənin Ali Məhkəməsinin sədri Sadiq Laricani, Məsləhət Şurasının sədri Ayətullah Şahrudi. Yaxın vaxtlarda Tehranın imam-cüməsi təyin ediləcəyi gözlənilən İslam Elməri Akademiyasının rəhbəri Ayətullah Seyid Məhəmməd Mehdi Mir Baqiri və İslahatçı qanad hazırda bu vəzifədə Həsən Ruhanini görmək istəyir. Ruhani prezidentlikdən ali liderliyə keçid edə bilər. Təbi ki, əgər lazımi dəstək olsa. Çünki vaxtilə Əli Xamneyi də ali liderliyə prezidentlikdən gəlmişdi. İbrahim Rəisini ölkədə aparıcı mədrəsəsi olan Qum mədrəsəsi dəstəkləyir. Bu mədrəsinin üzvləri çox görkəmli şəxslərdir və onlardan dəstək almadan heç kim ali lider taxtında əyləşə bilməz. Bürokratik sistemin üzərində cəmləşdiyi şəxs isə Sadiq Laricanidir. O, qardaşı Əli Laricaninin simasında siyasi çevrənin də geniş dəstəyinə arxalanır.Bir çoxları hesab edir ki, dini liderin öz yerində görmək istədiyi şəxs məhz Məsləhət Şurasının sədri Ayətullah Şahrudidir. Şahrudi ölkədə Xamneyi ilə şəxsi yaxınlığı ilə tanınır. Ayrıca məşhur general Qasım Süleymani ilədə yaxın münasibəti var. Şahrudi Nəcəfdə doğulub və İraq şiələri arasında da nüfuzu güclüdür. Məlumata görə Nəcəf mədrəsəsinin bir çox üzvü tərəfindən də dəstəklənir. Ancaq bir müddət əvvəl onun Almaniyada xəstəxanaların birində xərçəngdən müalicə aldığı barədə xəbərlərin yayılması ali liderlik üçün şanslarını azaldır. Mir Baqirinin diqqət çəkən özəlliyi isə Rusiya ilə çox yaxın olmasıdır. Xüsusilə də onun Putin hakimiyyətinin ideoloqu sayılan Aleksandr Duginlə yaxın münasibətləri var. Hətta 2015-ci ildə Dugin İrana səfər edərkən Mir Bagiriyə də baş çəkib. Mir Bagiri İran siyasətinin mühafizəkar qanadı arasında xüsusi hörmət sahibidir. Onun mühafizəkar düşərgənin tanınmış liderləri olan Mahmud Əhmədinejdat və İbrahim Rəisi ilə yaxın dosdtluq əlaqəsi də var. Mir Bagiri Əhmədinejat prezident olarkən dini elita arasında onun əsas müdafiəçilərindən biri də sayılırdı..Yeni liderin kim olacağı hələki qeyri-müəyyəndir. Amma görünən budur ki, Xomeyni ailəsindən bu posda hazırki şəraitdə kimsə çətin ki, gələ bilsin".
Füzuli