"Onlar bizə zəfərin yolunu göstərdi" – Millət vəkili

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyi, İLESAM-ın birgə təşkilatçılığı ilə Dövlət Filarmoniyasında AXC-nin 100-cü ildönümünə həsr olunan "4-cü Qardaşlıq Mədəniyyəti" adlı ədəbi-bədii gecənin açılışında iştirak edib.

Açılışda çıxış edən millət vəkili türk dünyasının birlik və bərabərliyinin daha da gücləndirilməsinin vacibliyindən danışıb.

Qarabağ problemi və türk dünyasının yaşadığı böyük acılardan, Azərbaycan və Türkiyəyə qarşı böyük güclərin ikili standartlarından danışan millət vəkili yeni bir Çanaqqaladan keçildiyini bildirib:

"Çanaqqalada yüzlərlə Azərbaycan türkü şəhid oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi. Bu bərabərliyimizi daha da gücləndirib yenə zəfər qazanacağıq".

Q.Paşayeva tədbir çərçivəsində Türkiyə, İran və türk dünyasından gəlmiş şair, yazar, aydınlarla da görüşüb.

Görüşdə ortaq mədəniyyətin öyrənilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31