Mühafizə alayında Azərbaycan Ədliyyəsinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Ədliyyəsinin 100 illiyi ilə əlaqədar tədbirlər planına əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında 18 oktyabr - Dövlət Müstəqilliyi günü ilə əlaqədar olaraq həqiqi hərbi xidmət keçən əsgərlər arasında "Azərbaycan Respubilikasına xidmətimlə fəxr edirəm" mövzusunda təşkil olunmuş inşa yazı işində fərqlənən əsgərlərin mükafatlandırılma mərasimi keçirilib. Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, tədbirdə Azərbaycan Ədliyyəsinin inkişaf tarixinə həsr olunmuş video çarx nümayiş etdirilib. Ən yaxşı inşa müəlliflərinə diplomlar və mükafatlar təqdim olunub. Rəsmi hissədən sonra tanınmış incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31