“Fransanın münaqişə ilə bağlı mövqeyi dəyişməzdir” – Səfir
18 Oktyabr 2018 15:37 Siyasət"Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməzdir".
Bu fikirləri Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakot news.am-a deyib.
O, ABŞ-ın Ermənistanda vəzifəsini başa vurmuş səfiri Riçard Milzin sonuncu bəyanatına münasibət bildirərkən deyib ki, Fransanın mövqeyi dəyişməzdir və onlar insanların ölümündən kədərlənirlər: "Münaqişənin danışıqlar yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində həllinə ümid edirik".
Qeyd edək ki, ABŞ-ın Ermənistanda vəzifəsini başa vurmuş səfiri Riçard Milz münaqişənin tənzimlənməsi ilə bağlı konkret fikirlər bildirib və "Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edəcək", - deyib.
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31