Ermənistan siyasi anarxiyaya doğru gedir
Ermənistanda baş verən proseslər bu ölkədən kənarda da diqqətlə izlənməkdədir. Parlament seçkiləri öncəsi inqilabçı baş nazir Nikol Paşinyanın etdiyi siyasi bleflər xüsusilə Kreml tərəfindən maraqla qarşılanır.
18 Oktyabr 2018 14:43 SiyasətErmənistanda baş verən proseslər bu ölkədən kənarda da diqqətlə izlənməkdədir. Parlament seçkiləri öncəsi inqilabçı baş nazir Nikol Paşinyanın etdiyi siyasi bleflər xüsusilə Kreml tərəfindən maraqla qarşılanır. Paşinyanın seçki qanunvericiliyinə uyğun olaraq vəzifəsindən istefa verməsini bəzi ermənipərəst dairələr, hətta dövlətlər belə demokratik adım kimi dəyərləndirsələr, əslində işğalçı ölkədə demokratiyadan əsər-əlamət belə yoxdur. Elə ekspertlər də bu cür düşünürlər və hesab edilir ki, bu Paşinyanın növbəti blefidir. Müstıqil ekspert Zeynal Əmralıyev deyir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməsi fövqəladə bir hadisə deyil və bu heç də Ermənistanın hökumətsiz qalması anlamına gəlmir.Onun sdözlərinə görə, bu istefa əksinə, Paşinyanın əlini daha da gücləndirəcək: "Ermənistan konstutusiyasına görə növbədənkənar parlament seçkiləri üçün hökumət, bilavəsitə də hökumət başçısı istefa verməlidir. Paşinyanın da istədiyi onsuz növbədənkənar seçki idi. Çünki bilir ki, nüfuzu hazırda yüksəkdi və seçkilərdə qalib gəlmə şansı çoxdu. Bunu bir müddət əvvəl İrəvan Ağsaqallar Şurasına keçirilən seçkilərdə partiyasının qazandığı qalibiyyəti də gösdərdi". Ekspert deyib ki, Paşinyan və hokuməti konstutusiyaya görə yeni hökumət qurulana qədər vəzifələrini icra edəcək: "Bu istefa əslində keçid dövrünün başa çatdğını gösdərir. Paşinyan tam şəkildə hakimiyyəti ələ almaq isdəyir. Belə görünür ki, böyük ehtimalla elə buna nail də olacaq. Ancaq Paşinyanın partiyasının parlamentdə hökuməti qurmaq üçün lazım olan səsi toplaya bilməməsi və koalisya hökuməti çıxması onun üçün pis nəticəyə səbəb olacaq. Bax o zaman əsl siyasi anarxiyaların şahidi olacağıq. Əgər Paşinyan koalisya quracaq olsa, zənnimcə bu partiyalar Daşnaksutyun Partiyası və bir neçə xırda partiya ilə olacaq. Bütün hallarda isə Paşinyan bu seçkidən parlamentdəki rolunu gücləndirərək çıxacaq".
İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay isə hesab edir ki, Nikol Paşinyanın istefası heç də, vəzifədən getmə, qaçması mənasını vermir. Onun sözlərinə görə, əksinə, bu addım onun bu posta yenidən yiyələnməklə, yeni, öz istədiyi parlamentə sahib olması üçün hüquqi prosedurdur: "Beləliklə də icra və qanunvercilik hakimiyyətini bir ələ cəm edir, liderliyini daha da möhkəmlədir. Necə? Paşinyan bəyan edirdi ki, onun başçılığında xalqın etdiyi inqilab yarımçıqdır və o zaman başa çatacaq ki, köhnə parlament yeni seçkilər keçirilərək yenisi ilə əvəz olunsun. Növbəti parlament seçkisi vaxtına xeyli var. Vaxt isə gözləmir. Bu zaman yeganə yol, erkən, növbədənkənar seçki keçirilməsidir. Bunun da bir Konstitusional prosedur yolu var. Baş nazir istefa verir (guya), parlament yeni namizəd irəli sürmür. Çünki xalq təzyiq edir, qoymur. Həmin baş nazirin, yəni Paşinyanın üzərində dayanır, o yenə imtina edir və süni pat vəziyyəti yaranır. Qanuna görə, belə bir hakimiyyət "iflici"-ndə parlament avtomatik buraxılır. Və yeni seçkilər keçirilərək, yeni deputatların yeni parlamenti hələ də qanunla müvəqqəti baş nazir vəzifəsini icra edən Paşinyanı irəli sürür. Və bu dəfə, Paşinyan təbii ki, razılaşır. Faktiki siyasi oyundur, konstitusiya istifadə edilərək. İş ondadır ki, bu prosedur bir müddət uzandı, çünki indiki parlament çoxluğu bu oyuna getmirdi və rəsmi olaraq söz vermirdi ki, Paşinyan istefa versə öz başqa namizədlərini irəli sürməyəcəklər. Buna görə də, Paşinyan istefasını ləngidərək xalqı ayağa qaldırdı ki, bu ssenariyə əməl etməyi parlamentdən tələb etsin. Görünür ki, xalq parlamenti nəhayət məcbur etdi".
Bəs nəyə görə, indiki parlament buna getmək istəmirdi. İlqar Altay hesab edir ki, xalq onları seçməyəcək, deputat yerlərini itirmək istəmirlər: "İkincisi və ən əsası isə, parlamentdən kənarda qalanda özləri və yaxın ətrafa qarşı korrupsiya işi, həbs başlamasından qorxurdular. Görünür ki, bu aradakı qısa døvrdə parlamentarilərlə Paşinyan arasında xüsusi bir toxunulmazlıq razılaşması əldə olunub. Demək ki, Paşinyanın bu istefa gedişi ilə, artıq Ermənistanda tam dolgun inqilabın, yəni bütün hakimiyyət qollarının, xalqın əlində olması kimi yekunun son mərhələsi başladı, Nəticə nədir? Moskvanın Ermənistandakı son dayağı olan parlament də əldən çıxır, bütün hakimiyyət xalqın və oradan, qərbyönlü demokratiyanın əlinə keçir. O deməkdir ki, faktiki olaraq, ölkə Rusiyanın əlindən çıxır və yalnız sözdə söhbətdə qalır. Bundan sonra isə, Ermənistan sürətlə Qərbə yaxınlaşır. Qərbin, Avropanın da yüksək təminatı ilə.
Bir məsələ var ki, Ermənistanda xalq Rusiya hərbi bazasına, hərbçilərinə hücum edir, çıxmasını təkidlə tələb edir, Rusiya bayrağını açıqca meydanda yandırır, düşünmədən ki, Rusiya Qarabağı onlardan alar. Bu da o deməkdir ki, Ermənistan xalqı artıq Qarabağdan bezib.
Bütün bu gedişatlar və kəskin dönüşlər isə, Rusiyanın artıq Qarabağ kartı ilə Ermənistana təsr etməsinin mənasız olduğuna və Dağlıq Qarabağ ətrafı işğal rayonların qaytarılmasına doğrudur".
Füzuli