Ermənistan parlamenti deputatların bir neçə ildir anlaya bilmədiyi sistemi ləğv edəcək
18 Oktyabr 2018 07:17 SiyasətOktyabrın 22-də Ermənistan parlamentinə yeni seçki kodeksi (qanunlar külliyyatı-red) layihəsi qəbul ediləcək.
"Report" xəbər verir ki, bu barədə "İzvestiya.ru"ya ölkə parlamentinin Vətəndaş Sazişi Partiyasından olan deputatı Alen Simonyan bildirib.
Onun sözlərinə görə, layihəyə əsasən əhəmiyyətli dəyişiklik reytinq sisteminin ləğvi olacaq. Hansının ki, iş prinsipini bir neçə il ərzində heç kim anlamayıb. Həmçinin dəyişikliyə əsasən parlamentə keçidi 1 faiz azaltmaq planlaşdırılır.
Bundan başqa, sənəd parlamentdə azı dörd partiyanın daimi nümayəndəliyini təsbit edəcək.
Yeni seçki kodeksi üzrə səsvermə parlamentdə dekabrın 9-10-da keçirilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31